Videonun müddəti: 1:01:49 Baxış: 157 Əlavə edilib: 2023.01.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Generallar yenidən SƏRHƏDDƏ! – Xankəndi üçün son hazırlıqlar yekunlaşdı – Fazil Mustafa ilə “Canlı"

Xəbər verdiyimiz kimi, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.

General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.

Ekspertlər hesab edirlər ki, son bir həftədə hərbi heyətlə baş tutan görüşlər ümumən antiterror əməliyyatlarına hazırlıq xarakteri daşıyır. Yaxın günlərdə ordu hərəkətə keçib, qarşısındakı məqsədləri həyata keçirəcək. Gedişat necə olacaq? Hansı tarixdən etibarən Azərbaycan öz hədəflərinə doğru irəliləyə biləcək?
Kateqoriyalar: Canlı debat