Videonun müddəti: 55:17 Baxış: 203 Əlavə edilib: 2023.01.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

ZELENSKİ SİVİL DÜNYANI KÖMƏYƏ ÇAĞIRIR – Kamran Həsənli təhlil edir

Ukraynanın şərqində Rusiyanın davamlı hücumuna qarşı ağır döyüşlər gedir. Prezident Volodimir Zelenski vəziyyətin ağır olduğunu deyərək bir daha Ukraynanın Qərb müttəfiqlərini Kiyevə müasir ağır silahlar, o cümlədən tanklar göndərmək qərarını sürətləndirməyə çağırıb.

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin yanvarın 19-da Berlində Ukraynaya bu ölkənin istehsalı olan tankların göndərilməsi məsələsini müzakirə edəcək. Azadlıq Radiosunun məlumatına görə, Avropa Şurasının Prezidenti Şarl Mişel də yanvarın 19-da Kiyevə səfər edəcəyini açıqlayıb.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yanvarın 19-da açıqladığı gündəlik məlumata görə, son 24 saat ərzində Luqansk və Donetsk vilayətlərinə Rusiyanın hücumları davam edir. Rusiyalıların Luqanskda Bilohorivka, qonşu Donetskdə isə Baxmut, Soledar və Avdiyevkanı hədəfə aldığı bildirilir.

Ordu Rusiya və Belarus əsgərlərinin Ukrayna sərhədi boyunca hərəkətlərinin izləndiyini, ancaq indiyədək hücum hərəkətləri aşkarlamadığını qeyd edir.

Zelenski yanvarın 18-də İsveçrədə Dünya İqtisadi Forumunda virtual çıxışında deyib ki, Rusiyanın hücumlarını önləmək üçün Qərb tank və havadan müdafiə sistemlərini daha tez göndərməlidir.

“Cəbhədə vəziyyət ağır olaraq qalır, Donbas ağır və qətiyyətli döyüşlərin episentridir. Azad dünya fikirləşdiyi bir vaxtda terrorçu dövlət öldürməklə məşğuldur. Qərb tanklarının göndərilməsi Rusiya tanklarının daha bir işğalından tez baş verməlidir”, – Zelenski bildirib.

Kiyev dəfələrlə Berlini ona dünyada ən yaxşı sırasında olan Almaniya istehsalı “Leopard-2” tanklarını verməyə çağırıb.Davos forumunda çıxış edən Almaniya Kansleri Olaf Şolts deyib ki, ölkəsi Ukraynaya nə qədər çəkərsə dəstək verəcək. Şolts Ukraynaya böyük miqdarda silah, o cümlədən artilleriya, havadan müdafiə sistemləri və zirehli maşınlar verildiyini söyləyib.

Ancaq Kiyevin, eləcə də NATO müttəfiqləri və üzvlərinin tənqidlərinə baxmayaraq, Şolts indiyədək sözügedən tankların Ukraynaya göndərilməsinə qarşı çıxıb.

Məlumatlara görə, Almaniyanın bu qərarsızlığı ABŞ-ın Kiyevə müasir “Abrams” tankları göndərməməsiylə bağlıdır. ABŞ Müdafiə nazirinin siyasət üzrə müavini Kolin Kahl isə yanvarın 18-də Pentaqonda jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar hazırda həmin tankları göndərməyə hazır deyil.

“Abrams” tankı çox mürəkkəb texnikadır, bahalıdır, onunla bağlı təlim keçmək çətindir, reaktiv mühərriklidir… Onu saxlamaq asan deyil”, – Kahl vurğulayıb.Bu gün - yanvarın 19-da Berlinə gələcək Ostin ertəsi gün Ramşteyndəki ABŞ hərbi bazasında Ukrayna Müdafiə Kontakt Qrupunun görüşünü keçirəcək. Görüşdə Ukraynaya əlavə hərbi yardım müzakirə ediləcək.
Veriliş: Kamranla 1