Videonun müddəti: 41:43 Baxış: 131 Əlavə edilib: 2023.01.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Kreml Vardanyanı bitirdi! Araik Balasanyanı qaytarır - Ədalət Verdiyevlə CANLI

“Jamanak” yazır ki, Rusiya da Ruben Vardanyanın arxasından çəkilməyə başlayıb. Həmin məlumata əsasən Kreml Vardanyanın istefaya göndəriləcəyi təqdirdə hər hansı bir reaksiya verməyəcəyi barədə Ermənistan və Qarabağdakı separatçıları əmin edib.
Hətta bu yaxınlarda İrəvana göndərdikləri ismarıcda da bildiriblər ki, separatçıların rəsmisi olan Vardanyan onlar üçün əvvəlki əhəmiyyətini saxlamayıb.

“Hraparak”ın məlumatına görə, Arutyunyan artıq Balasanyanı geri qayıtmağa razı sala bilib. “Çox güman ki, yaxın bir neçə gün ərzində onu hərbi müşavir təyin edib azərbaycanlılarla danışıqları davam etdirmək səlahiyyəti verəcək”, – deyə qəzet yazıb.
Nəşr qeyd edir ki, Vitali Balasanyanın “vəzifə”dən çıxarılması məsələsini “dövlət naziri” Ruben Vardanyan qaldırmış, onun Qarabağ ermənilərinin maraqlarını qoruya bilməyəcəyini, çünki danışıqlar aparan şəxs kimi Azərbaycanın tələblərini yerinə yetirməyə meylli olduğunu iddia etmişdi.

Üstəlik, Vardanyan hesab edir ki, ümumiyyətlə, Azərbaycanla danışıqlar üçün mövzu yoxdur.

“Arayik Arutyunyan Vitali Balasanyanı yenidən arenaya gətirməklə bir neçə məsələni həll edir: azərbaycanlılarla danışıqların əleyhinə olmadığını göstərməyə çalışır, baş nazir Nikol Paşinyana Ruben Vardanyanın qərar qəbul edən şəxs olmadığını göstərir, eyni zamanda, sonuncunun istəyinin əksinə olaraq, Balasanyanı yenidən öz işinə qaytarır”, – deyə “Hraparak” yazıb.
Kateqoriyalar: Həftə içi