Videonun müddəti: 1:06:52 Baxış: 148 Əlavə edilib: 2023.01.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Talıbov Elman Rüstəmova görə cəzalandırılıb: onu qapısında 2 saat... - Heydər Oğuzla CANLI DEBAT

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya işğal altındakı Krım yarımadasında Rusiya qoşunlarına zərbə endirməsinə kömək etmək üçün onun hücum imkanlarını gücləndirməyi nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” məqalə dərc edib.
Nəşr qeyd edib ki, ABŞ-nin bu məsələdə mövqeyi tədricən dəyişməyə başlayır. Qəzetin yazdığına görə, Vaşinqton uzun illərdir ki, Krımın Rusiya tərəfindən ilhaqını tanımaqdan imtina edir, ancaq Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra hələ də yarımadadakı Rusiya bazalarını vura biləcək uzaqmənzilli silahlar verməməklə sərt mövqe tutur.

Nəşrin məlumatına görə, bu xətt indi yumşalmağa başlayır. Ukrayna rəsmiləri ilə aylarla davam edən danışıqlardan sonra Bayden administrasiyası Rusiya bazalarına zərbələr endirmək üçün Kiyevin vəsaitə ehtiyacı olmasına meyil edir. Belə bir hərəkət eskalasiya riskini artırsa belə.

Xüsusilə, mənbələrin məlumatına görə, ABŞ Prezidenti əmindir ki, Krımda rusiyalılara zərbələr gələcək istənilən danışıqlarda Ukrayna tərəfinin mövqeyini gücləndirəcək. Üstəlik, son aylarda Kremlin taktiki nüvə silahı ilə cavab verə biləcəyi qorxusu da yox olub.

Nəşr yazıb ki, hazırda Bayden administrasiyası ən cəsarətli addımlarından birini - Rusiya Prezidenti Vladimir Putinin “keçmiş şöhrətin bərpasının” bir hissəsi kimi gördüyü yarımadanın azad edilməsində Ukraynaya kömək etməyi düşünür.

Amerikanın müxtəlif silahlarından istifadə imkanları Ukrayna tərəfi ilə müzakirə edilir - HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) raket sistemlərindən tutmuş “Bradley” döyüş maşınlarına qədər. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin Melitopol və Mariupoldan keçməklə işğalçı qüvvələrin təchizat marşrutu funksiyasını yerinə yetirən “quru dəhlizi” nəzarətə götürməyə çalışacağı istisna deyil.

Eyni zamanda, Bayden hələ Ukraynanı uzaqmənzilli raket sistemləri ilə təmin etməyə hazır deyil. Bununla belə, “The New York Times” “Bradley” döyüş maşınlarının təhvil verilməsi qərarı ilə ABŞ-nin Krım istiqamətində hücumda birbaşa kömək etməyə yaxınlaşdığını vurğulayıb.

ABŞ ordusunun Avropadakı keçmiş baş komandanı Ben Hocesin sözlərinə görə, yaxın aylarda “Bradley” “quru dəhliz”i ələ keçirməyə kömək edə bilər.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin baş vitse-prezidenti Set C. Cons hesab edir ki, Ukrayna bu döyüş maşınlarından qoşunları Xerson, Melitopol və Mariupolu birləşdirən M14 kimi əsas yollarda hərəkət etdirmək üçün istifadə edə bilər:

“Bu ərazilər üzərindən irəliləyən Ukrayna piyadası Rusiya mövqelərindən ciddi atəşlə üzləşəcək, ancaq “Bradley” onları faydalı atəş gücü və qoşunların müdafiəsi ilə təmin edəcək”.

Fransa və Almaniyanın təhvil verməyə razılaşdığı Britaniya tankları və zirehli maşınları ilə birlikdə hökumət və müstəqil analitiklər belə qənaətə gəliblər ki, “Bradley” Ukraynanın bu qış və ya yazda əks hücumda istifadə edə biləcəyi zirehli qüvvələrin avanqardı olacaq.

Böyük Britaniya Müdafiə Nazirliyi isə əmindir ki, Ukrayna Zaporojye vilayətinin cənub hissəsini geri almağa köklənsə, o zaman ilkin zərbələr Krımda hədəflərin vurulması ola bilər.

Rəsmi Kiyev bu cür zərbələrlə Rusiyanın əraziyə nəzarət etmədiyini nümayiş etdirə bilər. İndi Bayden administrasiyası getdikcə daha çox əmindir ki, Rusiyanın arxa xətlərinə zərbələr Moskvanın irəliləmək bacarığını ciddi şəkildə sarsıdacaq.

“Krım olmadan hər şey dağılacaq”, - Pentaqonun Ukrayna üzrə keçmiş yüksəkrütbəli nümayəndəsi Evelin Farkas qeyd edib.
Kateqoriyalar: Canlı debat