Videonun müddəti: 44:59 Baxış: 125 Əlavə edilib: 2023.01.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İlham Əliyevdən Davosda XANKƏNDİ açıqlaması: silahlı ünsürlər... – Politoloqla CANLI

Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü zamanı deyib. Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib.
Mən ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparmışam. Telefon danışığı zamanı Laçın yolundakı vəziyyəti müzakirə etdik. Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları 9 noyabr 2020-ci il tarixliüçtərəfli bəyanata əsasən, Laçın yolu yük maşınları, nəqliyyat vasitələri və mülki sakinlərin hərəkəti üçün açıq olmalıdır. “Hesab edirəm ki, məsələ yaxın vaxtlarda həll olunacaq”, - Lavrov vurğulayıb.
Kateqoriyalar: Həftə içi