Videonun müddəti: 44:23 Baxış: 166 Əlavə edilib: 2023.01.17
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putindən TƏCİLİ böyük müharibə ƏMRİ: Ordu genişləndirildi - CANLI

Rusiya hərbçilərinin Ermənistandakı mövcudluğu əbədi deyil. Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatı Qurgen Arsenyan deyib.
O bildirib ki, Rusiya qoşunları ölkədə mövcud olmasa Ermənistan Türkiyəyə hər hansı təhdid yaratmayacaq və beləcə Türkiyənin sadəcə qonşusu olacaq.


Arsenyan qeyd edib ki, Rusiya hərbçilərinə ehtiyac Ermənistanın dövlət quruculuğunun ilk illərindəki baxışların nəticəsidir, lakin onların ölkədə mövcudluğu əbədi deyil. Erməni siyasətçi vurğulayıb ki, indi ölkə rəsmiləri qonşularla əlaqələri tənzimləməyərək ölkənin inkişafına fürsətlər yaratmaqdadır.


Əlavə edib ki, bu məqsədlərə nail olunduğu təqdirdə Rusiyanın ölkədə hərbi mövcudluğu qeyri-vacib olacaq. Arsenyanın sözlərinə görə, 1990-cı illərdə Rusiyanın Ermənistanda hərbi mövcudluğuna ölkənin xilası kimi baxılırdı.


Lakin Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib. Ona görə də, əgər Rusiya qoşunları ölkəni tərk etsələr, Türkiyə Ermənistan üçün adi qonşu olacaq.


Qarabağdakı Rusiya sülhməramlıları Xocavənd rayonunda yaşayan erməni ailələrinə ərzaq bağlamaları veriblər. Bu barədə separatçılara yaxın olan Telegram kanalları məlumat yayıb. Məlumata görə, Rusiya sülhməramlı kontingentinin hərbçiləri bu aksiyanı Ermənistanın “Hayer Miatsek” beynəlxalq xeyriyyə təşkilatı ilə birlikdə həyata keçiriblər. Ümumilikdə sosial vəziyyəti ağır olan 237 ailəyə ərzaq paketinin verildiyi bildirilib.


TVMusavat-ın canlı efirində “Həftə içi”nin qonağı politoloq Vaqif Hüseynlə Rusiya ordusunun sayının artırılmasını müzakirə edirik.
Kateqoriyalar: Həftə içi