Videonun müddəti: 49:54 Baxış: 162 Əlavə edilib: 2023.01.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə ÇAXNAŞMA: Balasanyanın yerinə gələn də getdi - İki tanınmışla CANLI...

Qarabağdakı separatçı-terrorçu qurumun başında duranlar hələ də Azərbaycan dövlətinin əsəblərini tarıma çəkməkdə davam edirlər. Son günlərdə baş terrorçu Arayik Arutyunyanın “kadr dəyişikliyi” ilə bağlı “fərmanlar” imzalaması da bundan xəbər verir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Arutyunyan general-mayor Aşot Hakobcanyanı “milli təhlükəsizlik xidmətinin direktoru” vəzifəsindən və iş stajına görə təqaüdə çıxması ilə əlaqədar milli təhlükəsizlik orqanlarında xidmətdən “azad edib”.
General-mayor Ararat Melkumyan isə qondarma qurumun “təhlükəsizlik şurasının katibi” vəzifəsindən azad edilərək “milli təhlükəsizlik xidmətinin direktoru” təyin edilib. Samvel Şahramanyan “təhlükəsizlik şurası katibinin müavini” vəzifəsindən azad edilərək, “təhlükəsizlik şurasının katibi” təyin edilib.

İstisna deyil ki, Arutyunyan “təhlükəsizlik” sahəsindəki kadrları yeniləməklə onun “başını yemək” üçün Xankəndiyə gəlmiş Ruben Vardanyanla mübarizədə yerini möhkəmləndirmək istəyir.

TVMusavat-ın canlı efirində terrorçu yuvasında son həftələr yaşanan dəyişiklikləri AMİP sədri Arzuxan Əlizadə və Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi