Videonun müddəti: 1:16:34 Baxış: 221 Əlavə edilib: 2023.01.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rəsul Quliyev “Canlı debat”da: Vasif Talıbov qiyam edə bilərmi?

“Mənim Naxçıvan Muxtar Respublikasında, onun hansısa bir qurumlarında baş verənlərlə hər hansı bir əlaqəm yoxdur. Guya, Naxçıvanı tərk etməyim barədə səslənın fikirlər isə absurddur”.

Bunu "gununsesi.info"-ya açıqlamasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsi, MR-in Daxili İşlər nazirinin və Gömrük Komitəsi sədrinin müavini olmuş general Səbuhi Novruzov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Səbuhi Novruzovun Muxtar Respublikanı tərk etdiyi barədə xəbərlər yayılıb.

Mətbuata açıqlamasında yaş həddi ilə bağlı hazırda təqaüdə çıxdığını deyən Səbuhi Novruzov, evində olduğunu bildirib: ”Mənim bu məsələlərin heç biri ilə əlaqəm yoxdur. Gömrükdə aşkar olunmuş faktlara aidiyyətim yoxdur. Çünki həmin quruma bir ildir təyin olunmuşdum. Heç bir səlahiyyətim yox idi”.

Qeyd edək ki, Səbuhi Novruzovun "heç bir səlahiyyətim yox idi” ifadəsi məsuliyyəti üzərindən atmaq cəhdi hesab olunur. Çünki son aylara qədər Naxçıvanda səlahiyyətli şəxslər hansısa vəzifəni tutanlar deyil, Vasif Talıbovun qohumları sayılırdı.

Səbuhi Novruzov da Vasif Talıbovun yaxın qohumlarından biri olduğundan, gömrükdə baş verənlərdən xəbərsiz olması inandırıcı görünmür. Əlbəttə, həqiqəti istintaq ortaya çıxaracaq.

Naxçıvan olaylarında hər gün yeni bir yeni sirr pərdəsi aralanır. Ekspertlər isə bu hadisənin Naxçıvan Ali Məclisinin eks rəhbəri Vasif Talıbov və onun yaxınlarının həbsinə qədər davam edəcəyini düşünürlər. Bu həbs ehtimalı gerçəkdən də inandırıcı görünürmü? Talıbov cəbhəsindən hansısa bir həmlə gözləmək mümkündürmü?
Kateqoriyalar: Canlı debat