Videonun müddəti: 56:23 Baxış: 161 Əlavə edilib: 2023.01.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ruslar NƏHAYƏT...bu şəhəri tutdu! Putin generalları niyə dəyişdi? Professor Qabil Hüseynli ilə CANLI

Rusiya qoşunları Ukraynanın Soledar şəhərini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Yanvarın 12-də axşam saatlarında Soledar Rusiya qoşunları tərəfindən alınıb - deyə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatında bildirilib.


Son həftələrdə Rusiya qüvvələri və muzdlulardan ibarət “Vaqner” şirkətinin döyüşçüləri Ukraynanın şərqindəki Donbasda Soledar və Baxmut şəhərlərini ələ keçirmək məqsədilə güclü hücuma keçib. I Dünya Müharibəsini xatırladan bu hücumlar nəticəsində yüzlərlə Rusiya əsgərinin cəsədləri Ukrayna çöllərinə səpələnib.


Lakin Surovikin yanvarın 11-də baş komandanlıqdan kənarlaşdırılıb. Müharibənin 11-ci ayında heç bir əhəmiyyətli uğur qazana bilməyən Vladimir Putin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə naziri Sergey Şoyqunun müttəfiqi, general Valeri Gerasimovu Ukraynadakı qoşunların baş komandanı, Surovikini isə onun müavini təyin edib.


Putinin müharibə komandanlığında etdiyi dördüncü dəyişiklik həm Qərb, həm də Rusiya ekspertlərini təəccübləndirib və son 80 ildə Avropanın ən böyük müharibəsinin gedişi barədə çoxsaylı suallar doğurub.
Kateqoriyalar: Həftə içi