Videonun müddəti: 51:50 Baxış: 127 Əlavə edilib: 2023.01.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İlham Əliyevdən mesaj: sülhməramlılar bu TARİXDƏ gedəcək - CANLI

Prezident İlham Əliyev televiziya kanallarına verdiyi geniş müsahibədə Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının 2025-ci ildə başa catacağını bir daha xatırladıb. Bununla İlham Əliyev həm Moskvaya, həm İrəvana, həm də Qarabağdakı separatçılarına mesaj göndərib ki, rəsmi Bakı Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq və onlar siyasətlərini Bakının bu qərarına görə müəyyənləşdirməlidirlər.

Politoloq Elxan Şahinoğlunun fikrincə, İlham Əliyevin bu yanaşması Kremlin xoşuna gəlməyəcək. Moskva Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Ancaq Moskva başqa bir dilemmayla da üzləşib. Qarabağda Rusiya hərbi kontingentini Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir, ancaq onun arqumenti fərqlidir. İlham Əliyevin açıqlamasıyla eyni gündə Nikol Paşinyan Qarabağdakı Rusiya hərbi kontingentinin beynəlxalq qüvvələrlə əvəz olunmasını təklifini təkrarlayıb. Bu da Kremlin xoşuna gəlməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov deyib ki, Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər. Peskov bu cümləsiylə Rusiya prezidenti Vladimir Putinin mesajını Paşinyana ünvanlayıb. Bu məsələdə Moskva ilə Bakının maraqları üst-üstə düşür.
Kateqoriyalar: Həftə içi