Videonun müddəti: 55:53 Baxış: 252 Əlavə edilib: 2023.01.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Laçın yoluna göndərilən erməni…YENİ ƏMƏLİYYATın anonsudur?– detallar Ədalət Verdiyevlə “Canlı debat”

2022-ci ilin 12-14 sentyabr hadisələrindın sonra ermənilərin başı bir daha əzildi. Onlar bir daha əmin oldular ki, Azərbaycana qarşı hər hansı bir revanşda məhv ediləcəklər. Ancaq bununla belə Ermənistanda bəziləri müharibə çağırışları edir. Son vaxtlar Xankəndidə peyda olmuş Ruben Vardanyan da israrla erməniləri mübarizəyə səsləyir. Sanki o, rəsmi İrəvana tabe olmadan belə separatçılıqlarını davam etdirəcəklərinə dair sərsəm iddialarda bulunur. Əlbəttə, onu və dəstəsini xaridən təlimatlandıranlar da var.
Azərbaycan isə birmənalı olaraq Qarabağ məsələsini bitmiş hesab edir və üçüncü müharibəyə yox deyir.

Prezident İlham Əliyev də bununla bağlı net danışıb. O deyib: “Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək”.

Prezident qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra hər kəs bunu edir. Ordu quruculuğuna ümumiyyətlə fikir verməyən Avropanın ən böyük ölkələri indi ordularını yaradırlar. “İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik...

Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər...

Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik.

Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır".

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan da həm maraqlıŞ həm də ilk baxışda daxili auditoriyaya hesablanan, amma alt qatında hiylə də sezilən açıqlamalar verib.
O deyib ki, dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın. O, Qarabağ məsələsinin Ermənistana aid olmadığını, Xankəndi ilə Bakı arasında təmasın vacibliyini vuruğulayıb...

Baş nazir əlavə edib ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması barədə razılıq əldə olunub.

Hökumət başçısı onu da qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya düzəni uğrunda böyük mübarizə gedir: "Və bu yeni düzəndə biz Ermənistanı qurban verə bilmərik. Biz beynəlxalq ictimaiyyətə müharibə elan edirik? Bizim seçimimiz var: inkişafın məntiqinə inteqrasiya etmək və ya onun əleyhinə getmək. Biz sülh üçün seçim edirik".
Paşinyan bununla paralel Azərbaycana qarşı da cəfəng iddialar səsləndirib ki, guya Ermənistan ərazisini tutmuşuq, heç zaman onların ərazi bütövlüyünü tanımayacağıq.
Hər halda, elə Paşinyan bu açıqlamaları verdiyi gün Prezident Əliyev bütün incəliklərinə qədər sülhün şərtlərini açıqlayıb, müharibədən yayınmağın yolunu göstərib.
Ermənilər nəticə çıxaracaqmı? Üçüncü müharibəyə onları təhrik edə bilərlərmi? Bunda kim maraqlıdır? Laçın yoluna göndərilən və prezident İlham Əliyevin təbirincə desək, 2 qutu siqaretlə geri göndərilən erməni ilə bizə hansı mesaj verildi? Bu, yeni əməliyyatın anonsu sayıla bilərmi?
Kateqoriyalar: Canlı debat