Videonun müddəti: 1:13:52 Baxış: 211 Əlavə edilib: 2023.01.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Naxçıvanda daha üç məmur işdən çıxarıldı – Talıbovun qayınanası isə… - Tural Abbaslı ilə CANLI DEBAT

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev vəzifəsindən azad edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad olunub.

Qeyd edək ki, 2022-ci il noyabrın 26-da Səbail rayon məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndi rəhbər tutularaq Hicran Yaqub oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad olunub.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postundan kənarlaşdırılan Vasif Talıbovun yaxınları da tutduğu yüksək postlardan uzaqlaşdırılır.
Gununsesi.info-nun xəbərinə görə, sabiq sədrin “Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin (ZAQS) rəhbəri olan qaynanası Sənubər Soltanova öz işindən uzaqlaşdırılıb.

Nələr olacaq? Yeni islahatlar nədən xəbər verir?
Kateqoriyalar: Canlı debat