Videonun müddəti: 6:07 Baxış: 210 Əlavə edilib: 2023.01.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Bakı qara təslim oldu - yollar gölməçə, tıxac, işıq-qaz...?

Bakıya qar yaraşmır deyirlər. Qar yavaş-yavaş əriyəndən sonra küçələrdə yaranan gölməçələr, sürətlə şütüyən maşınların təkərindən sıçrayan palçıqlı sular bu ifadəni gerçək edir.

Amma qar yağmazdan öncə aiddiyyati qurumlar öz işlərini düzgün yerinə yetirsələr, nəqliyyat qaydasında işləsə, işıqlar sönməsə, qazlar kəsilməsə, qar elə ən çox Bakımıza yaraşar. Paytaxt sakinlərinin şikayətlərini nəzərə alaraq TV Müsavat bir sıra qurumların qışa nə dərəcədə hazır olub-olmadıqlarını soruşmaq üçün onlarla əlaqə saxlayıb.

Sözügedən reportajı təqdim edirik.
Kateqoriyalar: Reportaj