Videonun müddəti: 43:05 Baxış: 144 Əlavə edilib: 2023.01.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyandan KRİTİK Xankəndi, Laçın dəhlizi, sülh sənədi AÇIQLAMALARI - CANLI

“Azərbaycanla sülh müqaviləsi sənədinin imzalanması yaxşı xəbər olacaq”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək.

“Düşünmürəm ki, biz tərəfdaşlarımızla ultimatumlarla danışmalıyıq”. Paşinyan Laçın yoluna dair İrəvanın Moskva qarşısında çıxış eləməsi ilə bağlı sualı cavablandırarkən deyib.


“Ermənistanın Laçın yolunun rahat işləməsini təmin etmək öhdəliyi yoxdur. Əsas vəzifələr Rusiya və Azərbaycana həvalə olunub”, - Ermənistan Baş naziri qeyd edib.
Ermənistan Respublikası Qarabağın taleyini müəyyən etməyə iddia etmir. “Biz Xankəndi və Bakı arasında dialoqun yaradılmasının vacibliyi barədə danışıqlar aparırıq”, - o əlavə edib.


Baş nazir qeyd edib ki, Ukraynadakı hadisələrin fonunda Qərb ölkələrinin münasibəti dəyişib.

"Belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu nəinki Ermənistanın təhlükəsizliyini təmin etmir, həm də ona təhdid yaradır", - deyə Paşinyan bildirib.

TVMusavat-ın canlı efirində siyasi ekspert Vaqif Hüseynlə erməni baş nazirin çıxışını təhlil edirik.
Kateqoriyalar: Həftə içi