Videonun müddəti: 1:21:51 Baxış: 220 Əlavə edilib: 2023.01. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Jurnalistlər Talıbovun villasında nələr gördü? - Naxçıvandan qayıdan redaktor CANLI efirdə

Naxçıvanda Vasif Talıbov erası bitməyib. Bu barədə Naxçıvandan yenicə gələn jurnalist tns.az saytının rəhbəri Tural Səfırov bildirib. Onun sözlərinə görə, əhalidə ciddi təlaş və qorxu var.

Naxçıvan Muxtar Respublikasında (NMR) Talıbovların hökmranlıq etdiyi 27 il ərzində bütün gəlirli sahələrə, büdcə xərcləmələrinə bir ailə nəzarət edib. Ali Məclisin keçmiş sədri Vasif Talıbovun biznes imperiyasının əsas sütunlarını üç böyük şirkət təşkil edib: “Cahan Holdinq”, “Dizayn” və “Gəmiqaya Holdinq”. Bu şərkətlər təkcə Muxtar Respublikada deyil, Azərbaycanda, Türkiyədə, Gürcüstanda, eləcədə Avropa və Yaxın Şərq ölkələrində genişmiqyaslı biznes fəaliyyəti ilə məşğul olub.

Əlbəttə, Talıbovlar üçün böyük gəlir Azərbaycan büdcəsi hesabına dövlət sifarişləri, investisiya layihələri, nəzarətsiz idxal-ixrac əməliyyatları, təbii sərvətlər üzərində hökmranlıqdan əldə olunub. Məsələn, ötən iki on illikdə Naxçıvanda dövlət büdcəsi hesabına inşaa edilən bütün inzibati binaların, məktəblərin, yaradıcılıq mərkəzlərinin, yeni inşaa edilən yolların, abadlıq-qurucluq layihələrinin hamısı “Dizayn” və “Gəmiqaya Holdinq” tərəfindən həyata keçirilib. Muxtar Respublikada başqa heç bir MMC-nin bu layihələrə əlçatanlığı olmayıb.

Vasif Talıbovun tutduğu postdan istefaya göndərilməsi ilə təbii ki, Naxçıvan iqtisadiyyatını inhisara almış ailə şirkətlərinin monopoliyasına da tədricən son qoyulacaq. Bu istiqamətdə ilkin addımların atıldığı barədə xəbərlər yayılır.

Yayılan informasiyalara görə, “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq”ə çevrilib.
Kateqoriyalar: Canlı debat