Videonun müddəti: 43:31 Baxış: 237 Əlavə edilib: 2023.01. 7
Pinterest
LinkedIn
WhatsApp
Telegram

ŞOK iddia: Ermənistanla bir həftəlik müharibə BAŞLAYA bilər - Polkovnik Ramaldanovla CANLI

“Foreign Policy” jurnalı 2023-cü ildə on münaqişə haqqında təhlil yazısında Azərbaycan və Ermənistan arasında müharibə riskinin yüksək olduğunu, növbəti savaşın 44 gündən az çəkəcəyini və Azərbaycanın qələbəsi ilə başa çatacağını, Ermənistanın müasir ordu yaratmaq imkanı olmadığını, Azərbaycanın isə ordusunu gücləndirdiyini qeyd edir.

Politoloq Oqtay Qasımov isə deyir ki, Ermənistan tərəfindən növbəti təxribat baş verə, bunun qarşısını almaq üçün Azərbaycan da adekvat addımlar atar. Bu toqquşmanı mən real hesab edirəm. 2023-cü ildə də Ermənistan qeyri- konstruktiv və revanşist davranışlarını davanm etdirəcəksə, bu kimi qarşıdurma mümkündür. Qısa müddətli, bir həftə və ya on gün müddətində hərbi qarşıdurma ola bilər.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi yeddi gündür davam edir. Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplaşınış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla gündəmi müzakirə edir.
Kateqoriyalar: Həftə içi