Videonun müddəti: 53:41 Baxış: 242 Əlavə edilib: 2023.01. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putin müharibəni RƏSMƏN dayandırdı: nə baş verir? Hərbi ekspertlə CANLI

Rusiya prezidenti Vladimir Putinin sərəncamına əsasən elan edilən Ukraynada 36 saatlıq birtərəfli atəşkəs bu gün saat 12:00-dan etibarən qüvvəyə minib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya dövlət televiziyası məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün günorta saatlarından etibarən bütün cəbhə xəttində qüvvəyə minən atəşkəs yanvarın 8-dək davam edəcək.

Pravoslavların Milad bayramını qeyd edə bilməsi üçün bu addımı atan Rusiya Ukraynanı atəşkəsə qoşulmağa dəvət edib. Lakin Kiyev bu tələbi rədd edib.

Ukrayna lideri Zelenski bu atəşkəsin onların cəbhədə irəliləyişlərini dayandırmaq üçün elan edildiyini bildirib. O, videomüraciətində bildirib ki, Rusiya atəşkəsdən istifadə edərək cəbhəyə daha çox əsgər və silah gətirməyi hədəfləyir.

ABŞ lideri Co Bayden isə Putinin nəfəs almaq üçün belə bir addım atdığını bildirib.
Kremldən verilən açıqlamada Putinin atəşkəsi müharibənin şiddətini azaltmaq üçün deyil, Rus Pravoslav Kilsəsinin çağırışı nəticəsində elan etdiyi bildirilib.

“Laçın yolu müharibə ilə açılacaq. Təəssüf ki, bu, yeganə real variantdır”. Bu sözləri “Genesis Armenia” beyin mərkəzinin direktoru Abraham Qasparyan öz Facebook səhifəsində yazıb.

qeyd edib ki, beynəlxalq ictimaiyyətin təzyiqlər nəticə vermədi. “Bu gün onlar üçün Qarabağın və Zəngəzurun bir qara qəpiklik dəyəri yoxdur. Yalnız qaçılmaz müharibədə bizə əl uzadanlar olacaq. Bu siyasətin qanunauyğunluqlarından biridir. Bu, həm də beynəlxalq və regional maraqları və əməkdaşlığa məhəl qoymayan erməni hakim xuntasından qurtulmağın şərti olacaq”.

Qasparyan iddia edib ki, İrəvan bu ümummilli dağıdıcı hücumlardan xilas olana qədər istər hərbi, istər təhlükəsizlik, istərsə də diplomatik baxımdan qaçılmaz müharibədən mümkün qədər az itki ilə çıxmaq mümkün olmayacaq. “İrəvan isə bu il hərbi xuntadan azad olunacaq”.

Xatırladaq ki, son günlər Ermənistanda belə “beyin mərkəzi” rəhbərlərinin müharibə çağırışları intensivləşib. Dünən “siyasi elmlər doktoru” Laçın dəhlizinin açılması üçün Ermənistanın xüsusi hərbi əməliyyat keçirməsinin vacibliyini deyirdisə, bu gün Qasparyan onun dediklərini təsdiq edən açıqlamalar veriblər. Görünən odur ki, ermənilər heç bir şəkildə həyasızlıqlarından əl çəkmək fikrində deyil.

TVMusavat-ın canlı yayınında hərbi ekspert Ramil Məmmədli ilə regiondakı vəziyyəti təhlil edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi