Videonun müddəti: 1:00:44 Baxış: 236 Əlavə edilib: 2023.01. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Talıbovları qolu qandallı görəcəyikmi? Onunla savaşan Səxavət Əlisoy "CANLI"da - SENSASİON detallar

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində etiraz aksiyası keçirilir. Sosial şəbəkələrdə yayılan məlumata görə, bu gün “Cahan” Ticarət Mərkəzinin işçiləri etiraz aksiyasına başlayıblar. Buna səbəb kimi icarə haqqının yüksək olması göstərilir. Sahibkarlar Naxçıvan Ali Məclisi istiqamətində yürüş edərək, şikayətlərini yeni rəhbərliyə çatdırmaq istədiklərini bildiriblər.


Gələn xəbərlərdən belə məlum olur ki, son hadisələrdən sonra acınacaqlı duruma düşmüş ermənilərin bir hissəsi artıq separatçılarla yola getməməyə başlayıb. Onlar mütəmadi olaraq belə davam etməsinin mümkün olmadığını, artıq dözmədiklərini dilə gətirirlər. Hətta bir çoxları “Bizi aldatdız, dediniz ki, hər şey yaxşı olacaq. Amma siz varlandız, sizə yaxşı oldu, biz isə acımızdan ölürük” deyə bildirirlər.

Həmin məlumatlardan birində isə deyilir ki, iki gün öncə Xocavənd rayonunun mərkəzində separatçıların cəza dəstələri ilə erməni sakinlər arasında dava düşüb. Belə ki, sakinlər cəza dəstələri ilə toqquşublar. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Sakinlərin çox olmasını görəb separatçılar isə aradan çıxıblar.
Kateqoriyalar: Həftə içi