Videonun müddəti: 42:58 Baxış: 250 Əlavə edilib: 2022.12.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Putin-Əliyev-Paşinyan görüşdü - Qarabağ, Laçın və... Hərbi ekspertlə CANLI

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bu gün keçirilən ikitərəfli görüşdə deyib ki, müzakirə olunacaq ən vacib məsələ Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlıdır.

Paşinyan Laçın dəhlizinin bağlı olmasından şikayətlənib. "Təxminən 20 gündür ki, Laçın dəhlizi bağlanıb və bu, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verib", - Paşinyan bildirib.

O xatırladıb ki, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin və yüklərin maneəsiz keçidinə zəmanət verib.

"Amma belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Və təbii ki, mən bu vəziyyəti, onun həlli üçün hansısa variantları müzakirə etmək istərdim", - Ermənistanın baş naziri bildirib.

Paşinyan qəbula görə Rusiya liderinə təşəkkür edib və MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünün yaxşı ənənəyə çevrildiyini qeyd edib.

Vladimir Putin dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçlükdə görüşdüyünü açıqlayıb. "Biz sizinlə müzakirələrə dünəndən başlamışıq. Dünən üçlükdə danışmağa nail olduq. Razılaşdığımız kimi, bütün detalları müzakirə edək", - deyə Putin bildirib.

Paşinyan artıq tarixə çevrilən Qarabağ münaqişəsini İrəvanın “ən kəskin problemi” adlandırıb. O bildirib ki, Laçın dəhlizi üçtərəfli razılaşmaya görə Rusiya sülhməramlılarının nəzarətində olmalıdır. Azərbaycan da dəhlizdən yüklərin və sərnişinlərin maneəsiz keçməsinə zəmanət verib.

“İndi isə məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən bu vəziyyəti və hansı variantların olduğunu müzakirə etmək istərdim”, - Paşinyan vurğulayıb.
Kateqoriyalar: Həftə içi