Videonun müddəti: 1:09:33 Baxış: 244 Əlavə edilib: 2022.12.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Şok detallar Üzeyir Cəfərovla "Canlı debat"da - Müharibə olacaqmı?

Bir neçə min adamın iştirakı ilə keçirilən Xankəndi mitinqi qondarma rejim rəhbərliyi arasında ciddi fikir ayrılığı yaradıb. Mitinqi “dövlət naziri” Ruben Vardanyan təşkil edib və o, səhər saatlarında Qarabağ sakinlərinə müraciət edərək onları şəhərin mərkəzi meydanına gəlməyə çağırıb. O qeyd edib ki, heç də bütün həmkarları mitinqin keçirilməsi ilə razı deyil. O, ad çəkməsə də, sonradan bəlli olub ki, “Təhlükəsizlik Şurasının” rəhbəri Vitali Balasanyandan başqa separatçıların bütün liderləri aksiyada iştirak ediblər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni əhalinin lideri sayılan Araik Arutunyan müharibədən dərhal sonra Vitali Balasanyanı yaxın adamı kimi “təhlükəsizlik şurasının katibi” postuna qaytarıb. General-leytenant Vitali Balasanyan 2016-cı il noyabrın 3-dən 2019-cu il iyunun 11-dək o zamankı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” olub.

1959-cu ildə Əsgəranda doğulan Vitali Balasanyan separatçı rejimdə diviziya komandiri, “müdafiə nazirinin müavini” olub. Daşnaksutyun partiyasının üzvüdür. 2012 və 2019-cu illərdə “Qarabağ prezidenti” vəzifəsinə namizədliyini irəli sürüb. Onun “vəzifəyə təyinatından” dərhal sonra Araik Arutunyanın vəzifədən gedəcəyi ilə bağlı xəbərlər yayılmağa başlamışdı. Balasanyan seperatçıların tör-töküntülərini dərhal başına toplayaraq demişdi ki, “Qarabağ ordusu” artıq onun rəhbərlik etdiyi “təhlükəsizlik şurasının” nəzarəti altına keçib. Vardanyanın gəlişi isə Xankəndində “liderlər” arasında “gəlmə-yerli” narazılığını artırıb. Şuşadan ayaqyalın qaçsa da, Araik və ona sadiq qalan dəstəsi özlərini hələ də “müharibə qəhrəmanı” hesab edirlər və bu illərdə bir güllə səsi eşitməyən, Rusiyada kef edən Vardanyanın tez bir zamanda “əsas söz sahibi” olmasını qəbullanmırlar. Vardanyan Araik Arutyunyanın bir neçə “nazirini” öz “idəetməsinə” daxil etdikdən sonra istədiyini edir ki, bu da digər separatçılarda narazılıq yaradır.

Balasanyanın iştirak etdiyi bir çox tədbirlərdə Vardanyan gözə dəymir. Vardanyan son müsahibələrində də özünü Xankəndidə “situasiyanın ağası” kimi təqdim etməyə çalışır. Vardanyanın “heç də bütün həmkarları mitinqin keçirilməsi ilə razı deyil” deməsi də situasiyanın qəlizliyini göstərir. İstisna deyil ki, hələ də Araikin ətrafında qalan başıpozuq silahlı dəstələr ya Qarabağda təxribata əl ata, ya da Vardanyanı qorxuda bilərlər. Amma fakt faktlığında qalır ki, Xankəndidə ermənilərin bir-birilərinə güllə atması uzaqda deyil.
Kateqoriyalar: Canlı debat