Videonun müddəti: 47:28 Baxış: 218 Əlavə edilib: 2022.12.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Gözlər Sankt-Peterburqda: Əliyevlə Putin görüşündə nələr olacaq? CANLI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərində işgüzar səfərdədir. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, təbii ki, bu qeyri-rəsmi görüş çərçivəsində baş tutacaq. MDB ölkələrinin liderlərinə təkbətək danışmaq imkanı veriləcək", - Kremlin sözçüsü vurğulayıb.

Azərbaycanlı ekofəallar iki həftədir Xankəndi-Laçın yolunda fasiləsiz etiraz aksiyası keçirilər. Bu müddət ərzində Qarabağdakı separatçı-cinayətkar rejim, Ermənistan hakimiyyəti və onların xaricdəki havadarları erməni əhalinin guya blokadaya alındığı, sosial-iqtisadi, humanitar durumun acınacaqlı vəziyyətə düşdüyünü bildirilər. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, yol bağlanmayıb, oradan dinc əhali sərbəst şəkildə istifadə edə bilər. Bunu Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin yerli nümayəndələri də təsdiq edirlər.

Diqqətçəkən məqamlardan biri budur ki, iki həftə ərzində separatçıların rəhbərləri İrəvana, eləcə də Ermənistandan Xankəndiyə rahat gedib-gəlirlər. Dünən Xankəndində keçirilən aksiyada separatçıların "rəhbəri" Araik Arutyunyanın da iştirak etməsi bu faktı təsdiq edir.

Xatırladaq ki, separatçı-cinayətkar rəhbər Fransaya səfərindən sonra İrəvanda qalmışdı və onun Laçın yolu bağlandığına görə Xankəndinə gedə bilmədiyi yazılırdı. Maraqlıdır, onlar Qarabağa hansı yolla gəlib-gedə bilirlər? Birinci Qarabağ müharibəsi iştirakçısı, 1992-ci ilin mayında Şuşanın işğalı zamanı kəşfiyyat tağımının komandiri olmuş, ehtiyatda olan polkovnik Azay Kərimovla özünün “Facebook" səhifəsində bu məsələyə aydınlıq gətirib.

O qeyd edib ki, Xankəndinin arxa tərəfindən Kərcicahan kəndinə çıxan avtomobil yolu 1 kilometrdən sonra Xəlifəliyə, oradan Şirlan kəndinə gəlir: "Şirlan kəndindən çıxan yol iki hissəyə ayrılır: sağ yol Laçının Arduşlu və Minkənd kəndlərinə, sol yol isə Fingə kəndinə, 500 metrdən sonra Xankəndi-Laçın yoluna - şüşə kimi asfalta çıxır. Yəni, bu yol Turşsu kəndinin alt hissəsinə, hazırda azərbaycanlı fəalların etiraz aksiyası keçirdiyi yerdən 60 km. arxa istiqamətə çıxır. Həmin yolla isə heç bir maneə olmadan İrəvana getmək mümkündür. Adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və hazırda orada heç kəs yaşamır”.

Onun fikrincə, Qarabağ separatçılarının “rəhbəri” Arayik Arutyunyan və başqaları Xankəndiyə bu yolla gedib-gələ bilərlər. Onun sözlərinə görə, Azərbaycanlı ekofəalların dayandığı yerdən Xankəndiyə təxminən 15 km-dir. “Sözgüdən yol işlək vəziyyətdədir, TIR və digər uzun maşınlar hərəkət edə bilməsə də, URAL, ZİL maşınları ücün tam uyğundur. UAZ, Jeep, NİVA kimi minik maşınları isə bu yolla yüksək surətlə hərəkət edə bilirlə" - deyə, həmin ərazilərə yaxşı bələd olan keçmiş kəşfiyyat komandiri qeyd edib. Qeyd edək ki, Arutyunyan Xankəndinə Qırmızı Xaç Cəmiyyətinə və ya sülhməramlılara məxsus təminat avtomobillərində keçməsi də istisna deyil.
TVMusavat-ın canlı efirində politoloq Vaqif Hüseynlə Rusiyada keçirilən sammiti müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi