Videonun müddəti: 48:16 Baxış: 228 Əlavə edilib: 2022.12.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə TƏXRİBAT: azərbaycanlıları güllələyəcəm…- Üzeyir Cəfərovla Qabil Hüseynli CANLIda

Xankəndidə məskunlaşmış bir qrup erməni ictimai fəal azərbaycanlıların Laçın yolunda keçirdiyi aksiya yerinə getməyə çalışıb. Qarabağdakı separatçıların “polis qüvvələri” təhlükəsizlik məsələlərini nəzərə alaraq, erməniləri irəliyə getməyə qoymayıblar.

Aksiya yerinə getməyə çalışan ermənilərə QHT sektorunun nümayəndəsi Tiqran Petrosyanın rəhbərlik etdiyi bildirilir.

Qeyd edək ki, Tiqran Petrosyan anti-Azərbaycan mövqeyi ilə tanınan biridir və burada təəccüblü heç nə yoxdur. Çünki o və rəhbərlik etdiyi QHT separatçıların əsas ruporlarından biridir. Lakin maraqlı məqam odur ki, həmin Tiqran bir neçə gün əvvəl Ermənistan mətbuatına açıqlama verərək, Azərbaycanlıları Qarabağa buraxmayacaqlarını demişdi. Və bunun üçün silahdan belə istifadə etməkdən çəkinməyəcəyini bəyan etmişdi.

O, “Hraparak” qəzetinə açıqlamasında bildirmişdi ki, Azərbaycan nümayəndə heyətinin Xocalıdakı qızıl yataqlarında monitorinq keçirməsinə qarşıdır. “Artıq silahlanmaq lazımdır. Cəhənnəm olsun, hökumətin qanunları. Bundan sonra mən silah gəzdirəcək. Qarşıma çıxan azərbaycanlıları da sorğusuz-sualsız güllələyəcəm”.

“Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar”. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya mətbuatına müsahibəsində deyib. O bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir:

“9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılıqlar sülh müqaviləsi istiqamətində irəliləyişin əldə olunmasına kömək edəcək. Bu razılıqlar Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün “yol xəritəsi” formalaşdırıb”, - deyə o bildirib. Qaluzin deyib ki, Rusiya regionda xüsusilə nəqliyyat və iqtisadi əlaqələrin açılması, delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyiş gözləyir.

TV Musavat-ın canlı efirində “Həftə içi” verilişinin aparıcısı Emil Salamoğlu hərbi ekspert Üzeyir Cəfərov və professor Qabil Hüseynli ilə bölgədəki prosesləri müzakirə edir.
Kateqoriyalar: Xəbər