Videonun müddəti: 44:06 Baxış: 228 Əlavə edilib: 2022.12.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Moskvada KRİTİK Qarabağ danışıqları: Mirzoyan son anda niyə getmədi? CANLI

Təəssüf ki, ermənilər bu cür imkanı qaçırdılar. Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı deyib.

Rusiya XİN başçısı Ermənistanın bu günə planlaşdırılan Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək imkanını qaçırdığını qeyd edib.
Düşünürəm ki, bu gün məhsuldar müzakirəmiz olacaq, münasibətlərimizin 30 illik yubiley ilinə yekun vura biləcəyik.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib. “Dəvətə və bu görüşün təşkilinə görə sizə təşəkkürümü bildirirəm. Siz tamamilə doğru qeyd etdiniz ki, bu ayında əvvəlində keçirilən görüşdə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün üçüncü raundunun Moskvada keçirilməsi barədə razılıq əldə olunmuşdu. Sizinlə planlaşdırmışdıq ki, üçtərəfli görüşdən başqa ikitərəfli görüş də keçirək”, Ceyhun Bayramov deyib.

TVMusavat-ın “Həftə içi” proqramında Böyük Azərbaycan Partiyası sədri Elşad Musayevlə Moskva görüşünü müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi
Mövzular: tv musavat musavat tv