Videonun müddəti: 1:01:27 Baxış: 242 Əlavə edilib: 2022.12.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Naxçıvanda yoxlamalar başladı, Talıbov ölkədən birdəfəlik gedir? Sülhəddin Əkbərlə CANLI

Vasif Talıbov istefasından sonra Naxçıvanda yeni yoxlamalara start verilib. Bu barədə Ovqat.com məlumat yayıb. Bildirilib ki, hazırda Naxçıvan MR Maliyyə Nazirliyində təftiş gedir:

“Bakıdan gələn müfəttişlər MR Maliyyə Nazirliyinin xəzinə şöbəsində ciddi nöqsanlar aşkarlayıblar. Araşdırma sabiq maliyyə naziri, indiki Baş nazir Səbuhi Məmmədovdan da yan keçməyəcək. Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən Bayram oğlu İsmayılovun da fəaliyyətində ciddi qüsurlar ortaya çıxıb. Müəyyən olunub ki, nazirlik əməkdaşları mağaza sahibləri ilə qabaqcadan əlbir olub onlardan nağd pul alır və deyirmişlər ki, malların qiymətini necə istəyirsiniz, rəsmiləşdirin. Biz də sizin saxta göstəricilərinizi qeydə alaq”.

Vasif Talıbovun ətrafında baş verənlər gözlənildiyi kimi, Naxçıvan Ali Məclis sədrinin istefası ilə nəticələndi. V.Talıbov adi məmur deyildi. Adətən, belə stajlı və "özəl" məmurlar vəzifədən gedəndə onları məsələn, baş nazirin müavini göndərirlər. V.Talıbovla bağlı isə vəziyyət fərqlidir və suallar yaradır.

“Səhhəti ilə bağlı” istefaya gedən V.Talıbov Naxçıvanda qalıb “istirahət edəcək”, yoxsa ölkədən gedəcək? Onu hələ cinayət təqibinə almasalar da, məsuliyyətə cəlb edilə də bilər. Məsələn, sabiq spiker kimi ölkədən çıxdıqdan sonra barəsində cinayət işi açıla bilər və sairə...

Hər halda uzun onilliklər Naxçıvanda mütləq hakimiyyət olan Talıbov faktoru ortadan qalxmayıb. Bu da yeni islahatlara əngəl törədə də bilər. Bu konteksdə naxçıvanlı deputatların açıqlamaları diiqət çəkir.

Məsələn, Siyavuş Novruzovun dediklərinə diqqət edək: “Deyirdilər, ay camaatı qaldıracaqlar ayağa, ay ordu qalxacaq... Gördünüz, məsələ sakit yolla öz həllini tapdı. Azərbaycanda belə proses yoxdur ki, kimsə kimə güc göstərsin, əzələ nümayiş etdirsin”.
BAXCP sədri Qüdrət Həsənquliyevin Vasif Talıbovun istefasına münsasibəti daha ilgincdir. “Bundan sonra Naxçıvan rahat nəfəs alacaq, inkişaf edəcək. Naxçıvanlılar tədricən ata yurdlarına dönəcək. Naxçıvanda qanunçuluğun bərpa olunması hər bir vətəndaşın arzusu idi.

Əhali inhisarçılıqdan, bir nəfərin ağlasığmaz, düşüncəsiz qərarlarından xilas olub, dövlətçiliyimiz üçün böyük təhlükələrin qarşısı alınıb”, - partiya sədri əlavə edib. “Dövlətçiliyimiz üçün böyük təhlükənin qarşısı alınıb”. Bunu Talıvovun ünvanına indiyədək səslənmiş ən sərt ittiham da hesab etmək olar. Demək, proses Talıbovun istefası ilə yekunlaşmayacaq.
Kateqoriyalar: Canlı debat