Videonun müddəti: 51:08 Baxış: 253 Əlavə edilib: 2022.12.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vasif Talıbovun İSTEFA səbəbi bilindi, Ali Məclis qərar verdi... – Qabil Hüseynli ilə CANLI

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılmışdır. Qərar səsə qoyularaq qəbul olunmuşdur.

Deputat Qüdrət Həsənquliyev hesab edir ki, Vasif Talıbovun istefası ilə dövlətin unitarlığı bərpa olunub. “Bundan sonra Konstitusiya islahatları olacaq, hakimiyyət bölgüsü təmin olunacaq. Hesab edirəm ki, etimaddan sui-istifadə edən, özünü toxunulmaz sayan digər yüksək vəzifəli şəxslər də bundan nəticə çıxarmalıdırlar. Onlar xalqı incitməməli, talançılıqla məşğul olmamalı, sadə insanları dövlətdən narazı salmamalıdırlar”, - millət vəkili vurğulayıb.
Kateqoriyalar: Həftə içi