Videonun müddəti: 1:26:04 Baxış: 236 Əlavə edilib: 2022.12.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vasif Talıbov edibmiş! Rusiya helikopterinin mübhəm məhvinin sirri açıldı! "CANLI DEBAT"

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov kassasiya şikayəti verib. Şikayət ərizəsində sabiq nazir barəsində həbslə bağlı olmayan qərar qəbul olunması istənilib. Bundan başqa Əhməd Əhmədovun səhhətindəki problemlərə görə, bir müddətdir xəstəxanaya yerləşdirildiyi də məhkəmənin diqqətinə çatdırılıb.
Ali Məhkəmə şikayəti icraata qəbul edib.

Xatırladaq ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2017-ci ildə vəzifəsindən azad edilib, 2020-ci ildə Bakıda saxlanılıraq həbs edilib.

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Bir müddət əvvəl isə Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib.

Eyni zamanda V.Talıbovla bağlı maraqlı proseslər də baş verib. V.Talıbovun maşın nömrəsini əlindən alıblar. Eyni zamanda İranda necə qarşılanması ilə bağlı görüntülər də qeydə alınıb.
Kateqoriyalar: Canlı debat