Videonun müddəti: 1:05:14 Baxış: 200 Əlavə edilib: 2022.12.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Zakir Qaralovla bağlı “düymə” basıldı, Əli Həsənovu hava limanında saxladılar – proses BAŞLADI

Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun ölkədən çıxışına "stop" qoyulub.

Demokrat.az-ın xəbərinə görə, keçmiş şöbə müdiri bir neçə gün öncə Qətərdə keçirilən futbol üzrə dünya çempionatını izləmək Dohaya səfər etmək istəyib. Lakin hava limanında Əli Həsənovun uçuşuna icazə verilməyib.

Ehtimala görə, Əli Həsənov Qətərdən Dubaya getməyi və Azərbaycana geri qayıtmamağı planlaşdırıbmış.

Qeyd edək ki, Əli Həsənovun övladları ölkə xaricində biznes fəaliyyəti ilə məşğuldur. Hazırda Əli Həsənovun oğlu ABŞ-da, qızı isə Dubayda yaşayır.

Bununla paralel, eks baş prokuror Zakir Qaralovla bağlı Milli Məclisdə səsləndirilən kəskin fikirlər də onun üçün sonun başlandığnı elan edir. “O, təkcə üzr istəməklə kifayətlənməməlidir” sözləri əslində bu mövzu bəzi eks məmurlar üçün həyəcan siqnalıdır.

Nələr olacaq? Vasif Talıbovla bağlı başlanan proses bəzi eks məmurların taleyində də öz izini buraxacaqmı?
Kateqoriyalar: Canlı debat