Videonun müddəti: 37:20 Baxış: 231 Əlavə edilib: 2022.12.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ! Sülhməramlılar postlarını geri çəkdi, Xankəndidə mitinq çağırışı – CANLI

Qarabağdakı separatçılar sakit oturmaq fikrində də deyillər. Vardanyanın ardından, bu gün separatçıların daha bir nümayəndəsi, özünü “deputat” elan etmiş Qeqam Stepanyan da ermənilərə müraciət edərək, onları aksiyaya çağırıb.

Stepanyan bununla bağlı müraciətində deyib ki, Xankəndi və digər şəhərlərdə etiraz aksiyaları təşkil etsinlər. “Qarabağda çaxnaşma yoxdur. Lakin narahatlıq çoxdur. Vəziyyətin ciddiliyini təsəvvür etmək lazımdır. Əməli addımların atılması zərurətidir”.
Xankəndi tərəfdən Laçın istiqamətinə doğru Rusiya sülhməramlılarından birinin ailə üzvləri keçid ediblər.

Musavat.com-un müxbiri hadisə yerindən xəbər verir ki, aksiya iştirakçıları keçidə tam şərait yaradıblar.

Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər.
Amma Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən yalan məlumatlar tirajlayır ki, Azərbaycan dinc ermənilərə qarşı humanitar böhran yaradır.

Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə ermənilərə məxsus təcili tibbi yardım maşınının Laçın-Xankəndi yolundan hərəkət etməsi üçün şərait yaradılıb.

Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdiyi aksiyanın qarşısında post quran Rusiya sülhməramlıları isə yerlərini dəyişiblər. CBS kanalı görüntülər yayıb. Sülhməramlıların aksiya iştirakçılarının qarşısında qurduqları postları geriyə çəkdikləri bildirilib.
Kateqoriyalar: Xəbər