Videonun müddəti: 49:55 Baxış: 214 Əlavə edilib: 2022.12.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vardanyan Azərbaycan ORDUSUna qarşı – ŞOK planın təfərrüatları Fuad Abbasovla “Canlı debat”

Ermənistanda hakimiyyət dəyişikliyi üçün Qarabağdakı separatizmi alovlandırmaq lazımdır ki, atəşi İrəvana düşsün; hazırkı gərginliyi Vardanyan və dəstəsinin yaratdığının Paşinyan hakimiyyəti də fərqindədir.

Rusiya vətəndaşlığından imtina edən milyarder Ruben Vardanyanın Xankəndidə yerləşməsindən sonra əsas ehtimallardan biri onun Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə hazırlanmasıdır. Çünki müharibədən sonra ermənilər yeni lider axtarışına çıxanda Ruben Vardanyanın da adı o sırada çəkilirdi. Sadəcə, Paşinyan hakimiyyətini qoruyub saxlaya bildi.

“Yeni Müsavat”ın analitik şöbəsi yazır ki, “Gürcüstan ssenarisi” indi Ermənistanda istisna deyil. Hazırda Tiflis klinikasında canı ilə əlləşən qərbpərəst keçmiş prezident Mixail Saakaşvili hakimiyyətinə məhz Rusiyaya yaxınlığı ilə seçilən oliqarx Bdzina İvanaşvili son qoya bildi. Analoji prosesin İrəvanda təkrarlanması istisna deyil. Bu dəfə də rusların Sorosun məxməri inqilabla iqtidara gətirdiyi Nikol Paşinyanı devirmək üçün erməni oliqarxı Rubeni dövriyyəyə buraxdığı göz qabağındadır.

Məlumdur ki, işğal illərində Qarabağ Ermənistanda hakimiyyət üçün tramplin rolunu oynayıb: Köçəryan da, Sərkisyan da hakimiyyətə bu dalğa üzərindən gəliblər. Lakin müharibədən sonra Xankəndinin İrəvan hakimiyyətinə təsir imkanları azaldı. Oyuncaq rejimin dəstəbaşı Araik Arutyunyan isə Paşinyanın əlaltısına çevrilərək onun buyruq qulu oldu. Ona görə də Vardanyanın indiki təxribatçı açıqlamalarının, yeni “dövlət” xülyalarının reallıqla əlaqəsi olmasa da, İrəvandakı revanşistlərin işinə yarayır. Həmçinin yuxarı Qarabağda mədənlərlə bağlı razılaşmanın Vardanyanın təhriki ilə pozulması, nəticədə yolun bağlı qalması İrəvanda revanşistləri hərəkətə gətirdi və onlar da aksiya keçirdilər. Vardanyanın arxasında dayanan qüvvələrin planında Ermənistanda hakimiyyət dəyişikliyi üçün əvvəlcə Qarabağda separatizmi o həddə alovlandırmalıdırlar ki, atəşi İrəvana düşsün...
Kateqoriyalar: Canlı debat