Videonun müddəti: 50:41 Baxış: 198 Əlavə edilib: 2022.12.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vardanyan XOCALI aeroportunu açmağa çağırdı, Paşinyandan LAÇIN açıqlaması gəldi - CANLI

Qarabağda özünü “dövlət naziri” kimi təqdim edən separatçıların nümayəndəsi Ruben Vardanyan Rusiyanın “Kommersant” qəzetinə veridiyi açıqlamasında Qarabağda təcili humanitar hava dəhlizinin açılmasına ehtiyac olduğunu bildirib. O iddia edib ki, separatçılar Qarabağda əhalini lazımi təchizatla təmin edəcək sistem qurmağa çalışırlar. “Hava limanı işlək vəziyyətdə olmalıdır. Bunun üçün beynəlxalq təşkilatların, bütün dövlətlərin təzyiqi olmalıdır ki, humanitar dəhliz olsun, humanitar yük daşıyan təyyarələr Xankəndi hava limanına enə bilsin. Azərbaycandan asılı olmamağın yeganə yolu budur. Humanitar təyyarələrin Qarabağa uçmasına imkan verəcək beynəlxalq müqavilə lazımdır. Bu kimi halların bir daha təkrarlanmaması üçün bizi icma olaraq burada saxlamaq vacib şərtdir. Hava limanı fəaliyyətə tam hazırdır”.

“Biz Laçın dəhlizinin bağlanmasından narahatıq. Bu, tərəflər arasında filiz yataqlarının işlənməsinə dair fikir ayrılıqlarından qaynaqlanır”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bütün bu günlərdə vəziyyətin gərginliyini azaltmaq üçün fəal işləyir. “Biz yaxın gələcəkdə tam hüquqlu nəqliyyat əlaqələrini bərpa etməyi səbirsizliklə gözləyirik. Onu da vurğulamaq istərdim ki, Laçın dəhlizi Qarabağla Ermənistan arasında əlaqəni təmin edir və Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır. Və Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatını imzalayarkən tərəflər üzərinə ciddi əməl edilməli olan müvafiq öhdəliklər götürüblər. Mülki əhalinin həyatına problemlər yaratmaq yolverilməzdir”.

Şuşa-Xankəndi yolunda keçirilən aksiya səbəbindən Laçın dəhlizinin bağlanması ilə əlaqədar Ermənistan hökuməti iclas keçirib. Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən iclasda, ənənəvi olaraq Azərbaycan “ittiham” edilib.

Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətini şərh edən Zaxarova qeyd edib: “Biz Rusiya sülhməramlılarına qarşı əsassız ittihamlara və təxribat xarakterli hərəkətlərə münasibət bildirməyə məcburuq. Onlar haradan gəlirsə gəlsinlər, biz onları uyğunsuz hesab edirik. Rusiya sülhməramlı kontingenti regionda sabitliyin təminatçısı kimi çıxış edərək, üzərinə düşən vəzifələri səmərəli şəkildə yerinə yetirir”.
“Azərbaycanın üçtərəfli qaydanı pozması onu göstərir ki, Qarabağı soyqırıma məruz qoymaq və ya erməniləri qovmaq məqsədi daşıyır. Azərbaycan “ermənisiz Qarabağ” siyasətini həyata keçirməkdə davam edir. Biz hər şeyi etməliyik ki, bu siyasət lazımi beynəlxalq qiymət alsın”.

Ermənistanın baş naziri dünən parlamentin qəbul etdiyi bəyanatı da tam dəstəklədiyini deyib. “İndiki vəziyyətdə Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizmlərin işə salınması son dərəcə zəruridir. Milli Assambleya həmçinin BMT Təhlükəsizlik Şurasını, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərini humanitar vəziyyətə nəzarət etmək üçün Qarabağa faktaraşdırıcı missiya göndərməyə çağırıb. Diplomatik xidmətimizə – Xarici İşlər Nazirliyinə tapşırıram ki, Ermənistan Respublikasının ali qanunverici orqanının bu mesajını effektiv şəkildə ünvançılara çatdırsın”.

Paşinyan iddia edib ki, guya, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini daim və kobud şəkildə pozaraq, Ermənistanın dəhliz verməli olduğunu tələb edir. Onun sözlərinə görə, üçtərəfli bəyanatda Ermənistan ərazisindən hər hansı dəhliz nəzərdə tutulmur.

“Ermənistan Respublikasının imzaladığı heç bir sənəddə bu nəzərdə tutulmayıb. Ermənistanın sözlə kiməsə belə vəd verməsi ilə bağlı iddialar təbii ki, absurd və nadanlıqdır. Əvvəllər olduğu kimi, indi də Ermənistan üçtərəfli bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin blokunun açılması ilə bağlı müddəalarını həyata keçirməyə hazırdır. Lakin üçtərəfli bəyanatda bu prosesdə Ermənistanın suverenliyinə hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Ona görə də Ermənistan respublikanın qanunvericiliyində nəzərdə tutulmuş yolları açmağa, yeni yollar çəkməyə hər an hazırdır”.
Kateqoriyalar: Həftə içi