Videonun müddəti: 55:39 Baxış: 187 Əlavə edilib: 2022.12.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Moskva AÇIQLADI: Putin-Əliyev-Paşinyan görüşü olacaq - Professor Qabil Hüseynli ilə CANLI

“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün baş tutması üzərində iş gedir, onlar ən azı MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində danışa bilərlər”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla belə, D.Peskov vurğulayıb ki, MDB liderlərinin qeyri-formal sammiti çərçivəsində üç ölkə lideri arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı konkret razılıq əldə edilməyib.

Bütün ermənilərin katolikosu II Qaregin xristian kilsələrinin, beynəlxalq və dinlərarası təşkilatların rəhbərlərinə “Azərbaycanın Laçın dəhlizindəki hərəkətlərinə qarşı çıxmağa və Artsaxda humanitar fəlakətin qarşısını almağa” çağırış edib.

Qarabağdakı separatçılardan biri, oyuncaq qurumun saxta “dövlət nazirinin məsləhətçisi” Artak Beqlaryan Laçın yolunun bağlanması səbəbindən Xankəndi şəhərinə qayıda bilmir.

Beqlaryan bu gündən etibarən BMT-nin İrəvan ofisinin qarşısında fasiləsiz oturaq aksiyaya başladığını elan edib.
Kateqoriyalar: Həftə içi