Videonun müddəti: 35:20 Baxış: 225 Əlavə edilib: 2022.12.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə separatçılardan HƏYASIZLIQ: Volkovla görüşüb dedilər ki... – CANLI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki gün öncə Fransanın yeni təyin olunmuş səfiri Ann Buayonla görüşüb. C.Bayramov Ann Buayonun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, bir qayda olaraq yeni səfirlərin etimadnaməsini Prezident İlham Əliyev özü qəbul edir. O ki ola Fransa kimi Avropanın böyük dövlətlərindən biri. Lakin bu dəfə Bakı ənənəni dəyişdi. Mərasim xarici işlər naziri səviyyəsinə “endirildi”. Diplomatiyada bu da qarşı tərəfə etirazın bir forması sayılır.

Separatçı nəşrlərin yaydığı məlumata görə, Xankəndidəki qanunsuz “qanunverici orqan”dakı “Azat ayrenik”(“Azad vətən”) fraksiyasının rəhbəri Artur Arutyunyan konkret olaraq Tərtər rayonunun Dəmirli kəndi ərazisindəki “Kaşen” adlandırdıqları Dəmirli mis-molibden məbədinin guya “qanuni” və “ekoloji qaydalara uyğun” çalışması haqda çərənləyib.

Əyanilik üçün separatçı “deputat”ın çıxışının əsas məqamlarının tərcüməsini nəzərinizə çatdırırıq:

“Bizim müvafiq qayda-qanunlarımız var və dağ-mədən sektoru tam qanunla tənzimlənir. Kaşen mədənini idarə edən "Bays Metals" şirkətində kifayət qədər yüksək keyfiyyətli mütəxəssisləri çalışır. Bundan əlavə, mədənin istismarı, tullantı anbarının tikintisi və sonrakı istismarı ilə bağlı bütün müvafiq nəticələr var. Fikrimizi o mənada bildiririk ki, əgər regionda ekoloji problemlər əsasında monitorinqlərin aparılmasına ehtiyac varsa, o zaman bütün standartlara tam uyğun gələn bu nəticələri yoxlaya biləcək beynəlxalq müstəqil nüfuzlu təşkilatlar var. Azərbaycan tərəfindən hər hansı nümayəndə və ya monitorinq qrupu qəbuledilməzdir, yəni bu məsələnin onlara heç bir aidiyyatı yoxdur...”
“Hər halda bizim qanunvericiliyimizə görə, bu mədənin istismarına icazə verilir və o, işləməyə davam edəcək” - deyə Arutyunyan həyasızcasına yekunlaşdırıb.

TVMusavat-ın canlı efirində hərbi analitik Alp Arslan İmamqulu ilə bölgədəki hadisələri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.