Videonun müddəti: 58:57 Baxış: 227 Əlavə edilib: 2022.12. 8
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Laçın dəhlizi ilə bağlı QƏRAR: Volkovla Balasanyan nələr danışdı? Professor Qabil Hüseynli CANLI-da

İrandan Ermənistana raket bəxşişi ilə bu ölkədən Qarabağa məramı gizli olan 27 nəfərlik iki dəstənin keçməsinin, təxminən eyni vaxta düşməsi təsadüfdürmü? Bəlkə, İran tərəfinin vətəndaşlarının Qarabağda nə itirdiyinə aydınlıq gətirməməsi də elə bununla bağlıdır?

İranlı qruplar haqda məlumat yayılandan dərhal sonra belə bir ehtimal səslənmişdi ki, iranlılar Xankəndiyə hansısa İran istehsalı olan silah-sursatdan istifadə üçün yerli quldur dəstələrinə təlim keçmək məqsədilə gələ bilərlər.

Bu versiya təsdiqlənərsə, bunun yalnız bir izahı ola bilər – Ermənistana hədiyyə olunmuş silah sursatın bir qismi sülhməramlıların qanadı altında özünü çox rahat hiss edən separatçı-terrorçu dəstələrə ötürülüb.

Təbii ki, bu, versiyalardan yalnız biridir. İstənilən halda İran tərəfi həm Ermənistana raket hədiyyəsi, həm də Qarabağa göndərdiyi dəstələr haqda məsələyə gec-tez aydınlıq gətirməli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri isə başa çatıb.

Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub. Monitorinq qrupunun üzvləri danışıqlardan sonra Şuşaya qayıdıb.

Monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri normal şəraitdə baş tutdu.

Bunu APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbirinə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bildirib. Onun sözlərinə görə, monitorinq qrupu aidiyyəti üzrə fikirlərini bildirib və təkliflərini təqdim edib. Nazirlik nümayəndəsi qeyd edib ki, təbii ehtiyatların qanunsuz istismarına, yataqların qeyri-qanuni işlənməsinə imkan verilməyəcəyi Rusiya sülhməramlılarının komandanlığının diqqətinə çatdırılıb.

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Andrey Volkov Xankəndidə məskunlaşmış separatçı-terrorçu rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanla görüşüb. “Hraparak” qəzeti çıxış edib. Məlumata görə, görüş zamanı guya Volkov Balasanyana Laçın dəhlizində keçid məntəqəsinin yox, sadəcə, rentgen-skanerin yerləşdiriləcəyini bildirib.

Qəzet öz mənbələrinə istinadən artıq skanerlərlə bağlı razılığın əldə olunduğunu söyləyib: “Azərbaycanlılar onlayn rejimdə Qarabağa gələn sərnişinləri və yükləri müşahidə edə biləcəklər. Daha dəqiq desək, dəhlizə ruslarla birgə nəzarət həyata keçiriləcək.

Rusiya sülhməramlı kontingentinin rəhbəri Volkov Balasanyanla görüş keçirib ki, anti-Rusiya əhvali-ruhiyyəsi alovlanmasın. Tərəflər bu razılaşma faktını hələlik gizlətmək qərarı alıblar”.
Kateqoriyalar: Həftə içi