Videonun müddəti: 1:10:48 Baxış: 230 Əlavə edilib: 2022.12. 7
Pinterest
LinkedIn
WhatsApp
Telegram

ŞOK İDDİA: Vasif Talıbov ƏRİZƏ yazıb, jurnalistlərlə sülhməramlılar arasında QARŞIDURMA - “Canlı"da

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək.

Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.
Təəssüf ki, sözü gedən müzakirələri media nümayəndələri izləyə bilməyəcək. Çünki ərazidə olan sülhməramlılar jurnalistlərin Xocalıya keçidinə maneə yaradıb. İsrarla əraziyə keçməyə cəhd edilsə də, sühməramlılar jurnalistləri əraziyə buraxmayıblar.

Eyni zamanda Naxçıvandandan da yeni xəbərlər gəlməkdədir. Naxçıvan Ali Məclisinin rəbəri Vasif Talıbovun istefa ərizəsi yazması ilə bağlı xəbərlər də yayılıb. Nələr baş verir?
Kateqoriyalar: Canlı debat