Videonun müddəti: 40:55 Baxış: 266 Əlavə edilib: 2022.12. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ: Ermənilər Laçın dəhlizinə görə meydanlara çağırıldı, post qururuq... - CANLI

Yanvarın 1-dən etibarən Ermənistan bankları Qarabağdakı qondarma "müdafiə ordusu"nda xidmət edən zabitlərə ipoteka kreditlərinin verilməsini dayandırır. Göstərişin İrəvan hökuməti tərəfindən verildiyi deyilir.

“Azərbaycan artıq Qarabağı tam tutmağa, onu Ermənistandan ayırmağa başlayıb”. “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan deyib. “Onlar Laçın dəhlizi ilə silahların ötürülməsindən və 2021-ci ildə minaların tapılması barədə danışmağa başlayanda növbəti gedişləri məlum idi. Ermənistan hazırkı hakimiyyətinin passiv siyasəti və Qarabağdan qurtulmaq istəyi buna şərait yaradır”, deyə - Xaçatryan bildirib.

Bu vəziyyətdə “Qarabağı və Ermənistanı xilas edəcəyinə söz verən müxalifətin günahı yoxdurmu” sualına erməni revanşist siyasətçi belə cavab verdi: “Hesab edirəm ki, Qarabağı (?) və Ermənistanı xilas etmək bütün vətəndaşların borcudur. Sizi inandırıram ki, vətəndaşlar bütün rıçaqlarından istifadə edib, daha da pisə doğru getdiyimiz barədə xəbərdarlığımıza inansaydı, birləşsəydilər, vəziyyət daha yaxşı olardı. Amma işlər ümidsiz deyil, onu hələ də qurtarmaq olar, ona görə də mən narahat olan vətəndaşları küçələrə çıxmağa çağırıram”,-deyə o, qeyd edib.

TVMusavat-ın saat canlı efirində Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı ilə Qarabağdakı vəziyyəti müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi