Videonun müddəti: 1:18:30 Baxış: 298 Əlavə edilib: 2022.12. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Naxçıvan xanı və ətrafı “ağ bayraq” qaldırır - detallar Tural Abbaslı ilə “Canlı debat”da

10 gündür ki, mətbuat Naxçıvandakı həbslər və bunu doğuran səbəblər barədə yazır. Dövlət Təhlükəsizliyi Xitməti (DTX) tərəfindən həyata keçirilən əməliyyatda külli miqdarda dövlət vəsaitinin məmimsənilməsi aşkara çıxarılıb və bir neçə yüksək vəzifəli məmur Bakıya gətirilərək həbs ediliblər.

Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlunun 132 milyon manat dövlət vəsaitini mənimsədiyi ortaya çıxıb və o, 4 ay müddətinə həbs edilib.
Ardınca noyabrın 28-də ölkə başçısı bu barədə fərman imzalayıb və Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edilərək, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Amma muxtar respublika rəhbərliyinin baş verənlərlə bağlı heç bir açıqlama vermir. Manşet.az saytı xəbər verir ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla əlaqə saxlamağa cəhd edib. Bir neçə cəhdən sonra telefonu Ali Məclis sədrinin köməkçisi Ramiz Məmmədov açıb. O, saytın suallarını qısa cavablandıraraq bunları deyib: "Aparılan əməliyyatlarla bağlı geniş heç nə deyə bilmərəm. Hər halda əməliyyatlar başqa yerlərdə də aparılıb."
“Bəs Ali Məclisin sədri bu olayları necə qarşılayır’’? sualına Ramiz Məmmədov belə cavab verib: "Siz necə qarşılayırsız? Hər bir zaman islahatlar ola bilər. Dövlətin apardığı islahatları heç kəs müzakirə edə biməz."

Anti-korrupsiya əməliyyatının Naxçıvanın bütün sahələrini əhatə etdiyini nəzərə alsaq, yeni həbslərin olacağı ehtimalı da yüksəkdir. Azərbaycan qanunlarının heçə sayıldığı Naxçıvanda nazirlər, xidmət rəisləri, komitə sədrləri uzun illər tabelikdə olan qurumları özlərinə xas qayda-qanunlarla idarə ediblər.
Qanunlarımızın işləmədiyi qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətidir. Bu barədə azpolitika.info-ya məlumat verən mənbə deyib ki, Xidmətin rəisi, general-mayor Şahin Nəbiyev də digər səlahiyyət sahibləri kimi dövlət idarəsini öz qanunları ilə idarə edib. MR-dəki mənbənin sözlərinə görə, Xidmətin əməkdaşları sözün əsl mənasında qul kimi işlədilirlər. Ev üzünə həsrət qalan Xidmət işçiləri nəinki bayram günlərində işə çıxır, hətta məzuniyyətə belə buraxılmırlar. Nürəddin Əzimov adında işçi var, amma üzünü görən yoxdur...

Mənbə qeyd edir ki, kiçik bir səhv etdiyinə görə Xidmətin binasında işçini “dubinka” ilə döyən Nəbiyev, özünü MR-dəki hakim ailənin ən yaxın adamı kimi göstərməyə çalışır: “Burada onlarla adı olub, özü olmayan işçi var. Bu şəxslərdən tanınmışı Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimovun oğlu Nürəddin Əzimovdur. İllərdir bu idarədə işləyir, ancaq nə işə gəlir, nə də üzünü görən var. N.Əzimov da öz növbəsində yaxın adamı Rəfael Salmanovu burada işə düzəldib. O da Əzimov kimi idarənin yolunu tanımayanlardandır”. Mənbə deyir ki, N.Əzimova Miqrasiya Xidmətindəki bu imtiyaz, ilk baxışdan zənn edildiyi kimi, atasının hesabına verilməyib. Belə ki, o, hakim ailənin yaxın qohumudur - Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğlu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbovun qayınıdır.

Onu da qeyd edək ki, bir sıra KİV-lərdə yayılan məlumatlara görə, Naxçıvan Muxtar Respublikası ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələri fəaliyyətə başlayacaq. Bu barədə qeyd olunur ki, yaxın günlərdə Naxçıvan şəhərinin mərkəzindəki “Gənclik” kafesi adlanan binanın birinci mərtəbəsində məşhur market şəbəkələrindən biri (“Bravo”-red.) ilk dəfə olaraq xidmət göstərəcək. V.Talıbovun köməkçisinin açıqlamasından və gələn xəbərlərin təhlili onu göstərir ki, Ali Məclis sədri və ətrafı Bakıya müqavimət göstərmək gücdə deyillər və “ağ bayraq” qaldırmaq əhvalıdadlırlar.
Kateqoriyalar: Canlı debat