Videonun müddəti: 3:48 Baxış: 191 Əlavə edilib: 2022.12. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

II Qarabağ savaşından "sağ çıxan" və "sağ çıxmayan" evlər

Vətən müharibəsi dönəmində Gəncə ən çox raket zərbələrinə məruz qalan şəhərlərimizdən oldu. Sonrakı dönəmdə düşmən təxribatı nəticəsində dağılan yaşayış evlərinin təmiri ilə bağlı komissiya yaradıldı və bu komissiya ölkə üzrə zərərçəkən şəxslərin evlərinin ilk olaraq qiymətləndirilməsini, ardından isə tikintisi və təmirini aparır.

Məlum düşmən təxribatı zamanı Pərviz Məmmədovun yaşadığı evə də ziyan dəyib. Tikilinin divarlarında çatlar əmələ gəlib. İndi bu çatlar getdikcə böyüyür. Vətən müharibəsi iştirakçısı olan müsahibimiz 2020-ci ilin oktyabrında ordu sıralarında olub.

Pərviz Məmmədov deyir ki, xidmətdə olduğu zaman səhhətində problemlər yaranıb. Təcili hərbi hospitallardan birinə gətirilib və əməliyyat edilib. Qısası ailəsi və yaxınları bir il onun səhətinin normallaşması üçün çalışıb. Bir müddət öncə evinin təmiri ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinə etdiyi müraciətdə isə deyilib ki...
Kateqoriyalar: Reportaj