Videonun müddəti: 48:40 Baxış: 229 Əlavə edilib: 2022.12. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Kəlbəcərdə hərbi karvanımız atəşə tutuldu, Xankəndidə panika - CANLI

Ötən həftənin sonlarında Azərbaycanın bir qrup ekoloq-mütəxəssisləri Çanyataq kəndində istismar edilən qızıl yatağında monitorinq aparmaq üçün Xankəndində olublar.

Həmin vaxt Xankəndinə getmək istəyən mütəxəssislərLaçın dəhlizindən istifadə edərkən, yolun bağlanmasına səbəb olublar.

Daha doğrusu, bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlıları əvvəlcə onların hərəkət etməsinə imkan verməyib. Daha sonra isə danışıqları davam etdirmək üçün mütəxəssisləri Xankəndinə, öz qərargahlarına dəvət etməli olublar.

Erməni saytları Ermənistanda fəaliyyət göstərən əmlak bürolarına istinadən xəbər verirlər ki, son iki gündə Qarabağdan olan ermənilərin öz əmlaklarını satışa çıxarmaq üçün müraciətlərinin sayı artıb.

Əgər Laçın dəhlizinin müvəqqəti bağlanmasına qədər Qarabağdakı ermənilərin evlərinin satışı üçün etdikləri müraciətlərin sayı ayda 10-15-ə çatırdısa, son iki gündə belə müraciətlərin sayı 100-ü keçib.

Rusiya sülhməramlılarının müşaiyəti ilə Tərtər-Kəlbəcər marşrutu üzrə hərəkət edən Azərbaycanın maşın karvanına ermənilərin hücum etməsi isə Laçın dəhlizində baş verənlərə cavab hesab edilə bilər.

Və istisna deyil ki, bunun təşkilatçıları da elə sülhməramlılardır. Onlar Bakıya “ermənilərin təhlükəsizliyini qoruya bilmədikləri” kimi, “azərbaycanlıların da təhlükəsizliyini qoruya bilmirik” mesajını verir və bununla Azərbaycanı Qarabağ iqtisadi rayonunda addımlardan çəkindirməyə çalışırlar. Eyni məqsədə xidmət edən “mülki təxribatlar”ın davamlı ola biləcəyi də gözləniləndir.

TVMusavat-ın canlı efirində hərbi ekspert Ramil Məmmədli ilə Qarabağdakı vəziyyəti müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi