Videonun müddəti: 51:05 Baxış: 152 Əlavə edilib: 2022.12. 4
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Naxçıvan OLAYLARI Qarabağdakı məsələyə təsir edəcək – Elxan Şahinoğlu ilə “Canlı debat”

Naxçıvanda baş verənlər Azərbaycanın Rusiya və İranla münasibətlərində yeni mərhələ olacaq. Bu, eyni zamanda Qarabağ məsələsində də açar rolunu oynayacaq.

Ermənistanın Milli Məclisi müxalifətin Qarabağa dair bəyanat layihəsini qəbul etməyib.

“AzPolitika info” erməni mediasına istinadla xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyası səsvermədə iştirak etməyib. Qeyd olunur ki, Ermənistan müxalifətinin “Hayastan” və “Şərəfim var” fraksiyaları bu bəyanatı Azərbayacan Milli Məclisinin ötən ay qəbul etdiyi bəyanata cavab olaraq hazırlayıblar.

Bəyanatda iddia olunur ki, “Azərbaycanın Milli Məclisi 44 günlük müharibəyə haqq qazandırıb və Ermənistan və Qarabağın ünvanına yeni hədələrlə çıxış edib”.Müxalifətin bəyanat layihəsinə görə Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyinə dair bəyanat qəbul etməlidir. Layihədə deyilirdi ki, millətlərin öz müqəddəratını təyinetmə hüququ Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edəcək yeganə prinsipdir.

Keçmiş prezidentlər Robert Koçaryana bağlı “Hayastan” və Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyalarının bəyanat layihəsində Azərbaycan silahlı qüvvələrinin 2021-ci illin 12 mayınadək olan mövqelərə qayıtması, əsirlərin və ölənlərin meyitlərinin qaytarılması tələb olunur.

Deputatlar hakimiyyətin bu bəyanatı qəbul etməməsinin səbəbini soruşub.
İqtidar nümayəndəsi, xarici münasibətlər komissiyasının rəhbəri Eduard Ağacanyan hakimiyyəti nəyin qane etmədiyi barədə təfsilatlı danışmayıb. O sadəcə olaraq deyib ki, sözügedən bəyanat layihəsində müharibəyə qədər olan siyasət əks edilib. Ağacanyan deyib ki, ötən 30 ilin siyasəti indiki vəziyyətlə nəticələnib.
Kateqoriyalar: Canlı debat