Videonun müddəti: 1:14 Baxış: 6.6K Əlavə edilib: 2022.12. 1
Pinterest
LinkedIn
WhatsApp
Telegram

"İran öz cəsuslarını intim videolarıyla şantaj edib, Azərbaycana qarşı hazırlayır" - R. Arifoğlu ŞOK FAKTLARı açdı

Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. muxtar respublikada gedən həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir. Burada hər hansı siyasi amil yoxdur.

Naxçıvan gömrüyündə hələ Səfər Mehdiyevdən qalma oturuşmuş korrupsiya sistemi olub. Odur ki, Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi ilə bağlıdır. Hər il Naxçıvana dövlət büdcəsindən 500 milyon manat dotasiya verilir.

Naxçıvanın öz gəliri isə 180 milyon manat göstərilir. Amma əslində bu, real rəqəm deyil. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar. Gələn xəbərlərə görə, bu proses Vasif Talıbovun Ali Məclis sədri postundan uzaqlaşdırılması ilə yekunlaşacaq. Lakin bilgilərə görə, ona qədər daha bir neçə korrupsioner məmurun həbsi gözlənilir.

Bu arada Naxçıvan Dövlər Universitetinin prorektoru, V.Talıbovun oğlu Seymur Talıbovun işdən çıxarılması haqda xəbərlər yayılmışdı. Onun Naxçıvanda baş verən son hadisələr səbəbindən vəzifəsindən azad olunduğu bildirilirdi. Manset.az-ın əməkdaşı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib.

Bundan başqa, Naxçıvanla bağlı gələn maraqlı informasiyalar sırasında Kərimov Kamal Əmir oğlunun adı yer alır. O, 2021-ci ildə Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Naxçıvan Sement Zavodu” MMC-nin baş icraçı direktoru təyin edilib. Bu barədə Zavodda işləyən fəhlə Ovqat.com-a məlumat verib. “Naxçıvan Sement Zavodu” MMC Kəngərli rayonunun Böyükdüz kəndində mənzillənən sement zavodudur. Zavod 2013-cü ilin aprelində dövlət qeydiyyatına alınıb. Qeyd edək ki, Kamal Kərimov xan Vasif Talıbovun qudasının qohumu olduğu bildirilir.

Sözügedən zavodda sementlə yanaşı, digər tikinti materialları da istehsal olunur. K.Əmirov Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, vergidən yayınması məsələsi araşdırmalı və istintaqa cəlb edilməlidir. Həmçinin Kamal Kərimovun digər ailə üzvlərinin də Gəmiqaya Holdinqdə yüksək vəzifəyə gətirildiyi qeyd olunur. Eyni zamanda K.Əmirov sement zavoduna özünün yaxın əlaqədə olduğu FETO-çu dostlarını da mühüm postlara təyin etmişdir.

Gündəmdə olan ikinci hadisə İranın içindən çalxalanmasıdır. Artıq Kanada məhkəməsi İran İnqilab Keşikçilərinin Korpusunun (SEPAH) terror qruplaşması siyahısına salındığını bildirib. Globalnews məlumat yayıb. Kanadanın Ontario əyalətinin Ali Məhkəməsi İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb. Bundan əvvəl SEPAH-ın Əl-Qüds xüsusi bölməsi də belə tanınırdı.
Bu qərar mərhum kanadalı vəkilin İran aviaşirkətinə bir milyon dollara yaxın borcunun olması məsələsində verilib. Hakim İran şirkətinin sahibi Babək Zəncani SEPAH-ı maliyyələşdirməkdə ittiham olunduğu üçün borcun ödənilməməsinə qərar verib. Məhkəmə bəyan edib ki, bu borcun ödənilməsi Kanadanın antiterror qanunlarının pozulması deməkdir.

Liberal hökumət uzun müddətdir ki , İranın 55 Kanada vətəndaşı olmaqla 88 nəfəri daşıyan sərnişin təyyarəsini vurduqdan sonra SEPAH-ı Kanadanın terrorçu siyahısına salmaq çağırışları ilə üzləşib. Bu yaxınlarda İİKK-nın Rusiyaya Ukraynada pilotsuz təyyarələrlə zərbələr endirməsinə kömək etdiyi və İranda insan haqları etirazçılarının yatırılmasında iştirak etdiyi iddia edilir. Bununla belə, yalnız SEPAH-nin Qods Gücü bölməsi siyahıdadır.