Videonun müddəti: 45:59 Baxış: 163 Əlavə edilib: 2022.11.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vasif Talıbovun halqası daralır: həbs sırası kimdədir? Heydər Oğuzla CANLI

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Naxçıvan MR DGK-nın rəisi Səhət Həbibbəyli barəsində də bənzər hökm verilə bilər.

“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”.

Bunu Gununsesi.info-nun Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə dair sorğusuna cavabında onun AMEA prezidenti olan atası İsa Həbibbəyli deyib. “Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına isə İsa Həbibbəyli ” Bilmirəm ki, haradadır, xəbərim də yoxdur” deyərək, telefonun dəstəyini asıb.

Rusiyalı analitik Andrey Petrov deyib ki, Ermənistan Qarabağdakı separatçıları silahlandırır və Azərbaycanın hərbi hissələrinin dəqiq yerini öyrənir. Bu, koordinasiyalı hücuma hazırlığın bariz əlamətləridir. Əgər Rusiya planı baş tutmasa, İrəvan hərbi yardım üçün Qərbə üz tutacaq. Onların Qarabağa girməsinə Bakı razı olmayacaq. Bu, həm də Kremlin Gümrüdəki hərbi bazasının bağlanmasına, hərbi sahədə Moskva-İrəvan əlaqələrinin zəifləməsinə yönəlik antiRusiya addımı olacaq”.
Kateqoriyalar: Həftə içi