Videonun müddəti: 4:01 Baxış: 19K Əlavə edilib: 2021.12.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Mirmahmud Mirəlioğlu ilə Qabil Hüseynli arasında QALMAQAL: "Dərin təhlil"də sözlü atışma

#tvmusavat #azərbaycan #qarabağ #efir “Dərin Təhlil”də QALMAQAL: səslər yüksəldi, tərəflər arasında söz atışması yaşandı Qabil Hüseynli: “Mən professoram, 30 kitabın müəllifiyəm. Sən nəyin müəllifisən? Nə yaradıb, ortaya qoyubsan?” Mirmahmud Mirəlioğlu: “A bala, mən Azərbaycanda dövlətçiliyi bərpa etmişəm. Sən neyləmisən? Kostyumunu dəyişdiyin kimi mövqeyini dəyişmisən” "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun moderatorluğu ilə canlı yayımlanan “Dərin Təhlil” verilişində qonaqlar arasında qızğın dartışma baş verib. KXCP sədri Mirmahmud Mirəlioğlu ilə politoloq Qabil Hüseynli Rusiyaya münasibətdə yaranan fikir ayrılığına görə şəxsi zəmində polemika yaradıblar. Musavat.com tərəflər arasında yaşanan qızğın mübahisənin stenoqramını təqdim edir. M.Mirəlioğlu: Bizim indi suverenliyimiz tam bərpa olunub. Mən bu günə görə danışıram. Gün gələcək, Qabil bəy də, Tahir bəy də Putin haqqında deyəcəklər… Putin gedəndən sonra deyəcəklər. Q.Hüseynli: Biz bu gün də deyirik. Özünüzü peyğəmbər kimi aparmayın da. M.Mirəlioğlu: Gələcəkdən xəbər vermirəm. Q.Hüseynli: Populizmə ehtiyac yoxdur. M.Mirəlioğlu: Biz hamımız bir-birimizin tərcümeyi-halını bilirik. Heydər Əliyevdən sitat gətirdiz. Biz kimin kim olduğunu bilirik. Bu, mənim mövqeyimdir, deyirəm. Q.Hüseynli: Vaxtın çox hissəsini bu adam aparır. M.Mirəlioğlu: Danışığına fikir ver. Ay Qabil bəy, gəzmədiyiniz yer yoxdur. Ayıbdır. Utan yaşından-başından. Q.Hüseynli: Sənə ayıb olsun ki, danışığını bilmirsən. M.Mirəlioğlu: Roma papasından artıq katolik olacaqsız? YAP-ın nümayəndəsi burda oturub da. Nə replika verirsiz? Lazım olsa, hökumət nümayəndəsi danışar da. Q.Hüseynli: Ortamı pozursan. Ağzına gələni danışırsan. M.Mirəlioğlu: Ağzına gələni sən danışırsan. Sizi tanımırıq biz? Elmi kommunizmdən dərs deməmisən? YAP-da, Müsavatda olmamısan sən? Hardan ekspert oldun ee sən? Olmusan, lap yaxşı da. Lazım olanda danışarsan. Q.Hüseynli: 40 ildi televizordan Azərbaycan xalqını maarifləndirirəm. M.Mirəlioğlu: Öz dediyindən bir şey öyrənmisən? Danışdığından nə anlayırsan? Q.Hüseynli: Mən professoram, 30 kitabın müəllifiyəm. Sən nəyin müəllifisən? Nə yaradıb, ortaya qoyubsan? M.Mirəlioğlu: A bala, mən Azərbaycanda dövlətçiliyi bərpa etmişəm. Sən neyləmisən? Kostyumunu dəyişdiyin kimi mövqeyini dəyişmisən. Bu, “Dərin Təhlil”dir? “Dərin Təhlil”ə dərin adam gətirərlər, Rauf bəy. Professor olmaqla deyil ki… 30 kitabın 30 qəpiyə dəyməz sənin. Elmi kommunizmdən dərs demisən də. Nə dərs demisən ki? Daha sonra verilişin müəllifi R.Arifoğlu qonaqları səbrli olmağa və qarşılıqlı, şəxsi ittihamları dayandırmağa çalışıb. Veriliş daha sonra Qarabağa dair son vəziyyətin müzakirəsi ilə davam edib. Verilişin canlı versiyası ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiz. İZLƏYİN???? ????FACEBOOK: https://fb.watch/a5GqnznrQ_/ ????YOUTUBE: https://www.youtube.com/watch?v=v2dX3atUyc8 Musavat.co
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics