Videonun müddəti: 1:30 Baxış: 8.6K Əlavə edilib: 2022.10.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Polad Həşimovun anası Türkiyə səfirinə nələr dedi: duyğusal dialoq (EKSKLÜZİV)

#2022 #trend #tvmusavat Türkiyə səfiri ilə Polad Haşımovun anasının duyğusal söhbəti-video,foto Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə duyğusal anlar yaşanıb. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı həyat yoldaşı ilə bərabər bayram mərasimində iştirak edən şəhid generalımız Polad Həşimovun anası Səmayə xanıma və şəhidin qardaşı İlham Həşimovun olduğu masaya yaxınlaşıb. Diplomat onlarla səmimi söhbət edib, tədbirə qatıldıqları üçün təşəkkürlərini bildirib, şəhidlərimizin baş tacımız olduğuni söyləyib. Səmayə xanım və onunla bərabər tədbirə qatılan digər şəhidimizin anası da ürək sözlərini bölüşərkən kövrək anlar yaşanıb. Musavat.com-un əməkdaşının qeydə aldığı həmin anları diqqətinizə çatdırırıq. Qeyd edək ki, qardaş ölkənin Cümhuriyyət gününə həsr olunan möhtəşəm tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim kişi də dəvətlilər sırasındaydı. Bu faktlar Türkiyənin Azərbaycandakı böyükelçiliyinin şəhid ailələrinə və şəhidlərimizə böyük diqqət və sayğısının bariz nümunəsidir. E.Paşasoy, Musavat.com
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics