Videonun müddəti: 6:51 Baxış: 3.5K Əlavə edilib: 2022.03. 1
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ukrayna müharibəsi sizin rus xalqına münasibətinizi dəyişdirdimi? Rusları təhdid sayırsınızmı?

Ukrayna müharibəsi sizin rus xalqına münasibətinizi dəyişdirdimi? Azərbaycandakı rusları gələcəyimizə təhdid sayırsınızmı? -SORĞU Məlum olduğu kimi, Rusiya keçmiş sovet respublikalarının bəzilərinə orada yaşayan rusların həyat və haqlarını qorumaq bəhanəsi ilə daxil olur. Konkret olaraq, Moldova nümünəsində belə oldu. Rusiya Tiraspol şəhəri mərkəz olmaqla, Moldovanın Dnestr (Nistru) çayı biyunca ərazisini məhz rus əhalisinin həyatını və haqlarını qoruma bəhanəsi ilə işğal etdi. Hazırda orada qanunsuz və separatçı ‘’Dnestryanı Respublikası’’ qurub və Moldovanı parçalayıb. Rusiya eyni bəhanə ilə 2014-cü ildə Kromı da Ukraynadan qopartdı və işğal edərək, Rusiyaya birləşdirdi. Son savaş - Ukraynaya olan hücumun da mərkəzində ‘’rus amili’’ dayanır. Rusiya Donbas bölgəsində yerləşən və etnik rusların yaşadığı bölgədə hələ 2014-cü ildə iki qanunsuz rejim yaradaraq, oranı Ukraynadan ayırmışdı. İndi isə guya orada və Ukraynanın digər bölgələrində yaşayan rusların pozulan haqlarını, rus əhalisinin təhlükədə olmasını bəhanə edərək, Ukraynaya total hücuma keçib. Hazırda davam edən müharibənin əsas başlanma ideologiyası ‘’rus əhalinin həyatını xilas etmək, hüquqlarını qorumaq’’ xarakterlidir. Ruslar Azərbaycanda da yaşayırlar. Qorxmalıyıqmı? Günün birində Putin, ya da bir başqa Rusiya rəhbəri oxşar bəhanə ilə Azərbaycana da hücum çəkə bilərmi? Bunun olmaması üçün biz dövlət və cəmiyyət olaraq, nə etməliyik? Ən əsası, son qanlı müharibədən sonra bizimlə eyni ölkəni bölüşən ruslara münasibətimiz, baxışlarımız dəyişməlidirmi? Məsələn, sizdə dəyişibmi? Bu suallarla paytaxt sakinlərinə müraciət etdik. Cavablara baxın!
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics