Videonun müddəti: 3:01 Baxış: 495 Əlavə edilib: 2021.11.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Tələbələrə və məzunlara iş qapısı açılır! Bu müqavilələr onlar üçündür

"Təcrübə və Təqaüd Proqramları" MMC ilə “Yeni Müsavat” Media Qrupu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Musavat.com xəbər verir ki, müqaviləyə əsasən, təhsil alan və təhsilini başa vurmuş gənclər “Yeni Müsavat” Media Qrupunda müxtəlif istiqamətlər üzrə təcrübə keçərək praktiki biliklərini təkmilləşdirəcəklər. Proqramın müddəti minimum 1 ay nəzərdə tutulub və hər ay davam edəcək. Təcrübə müddəti başa çatdıqdan sonra təcrübəçiyə proqramı müvəffəqiyyətlə başa vurmasını göstərən sertifikat təqdim ediləcək. "Təcrübə və Təqaüd Proqramları" MMC-nin direktoru Şahin Sərdarlı gənclərə göstərdiyi dəstəyinə görə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğluya öz təşəkkürünü bildirib: “Fikrimcə, Rauf Arifoğlu məktəbindən keçərək gələcəyinə yatırım edən gənclərin sayı çox olacaq. Deyim ki, artıq tələbələrin qeydiyyatına başlamışıq, ilk vaxtlardan maraq göstərənlərin və müraciət edənlərin sayı hədsiz dərəcədə çoxdur".   Qeyd edək ki, proqram təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayır. Layihənin məqsədi tələbə gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisələrin kadr potensialını zənginləşdirməkdən, dövlətimizə və cəmiyyətimizə faydalı olacaq mütəxəssislərin yetişməsinə və dövlətin gənclər siyasətinə kiçik töhfə verməkdən ibarətdir. Proqrama qeydiyyatla bağlı məlumatı www.tecrubeveteqaud.az saytı və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz. Kanala abonə ol : https://www.youtube.com/TVmusavat Email: [email protected] Kanala baxdığınız üçün təşəkkürlər
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics