Videonun müddəti: 3:19 Baxış: 4.9K Əlavə edilib: 2021.11. 7
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Hələ bu cür mədəni iqtidar - müxalifət mübahisəsi olmamışdı! Əli Hüseynli ilə Pənah Hüseyn debatı!

#canlıdebat #PənahHüseyn #ƏliHüseynli #qələbə Əli Hüseynli: “Biz xalq olaraq məğlub olmamışdıq, o dövrdəki hakimiyyət məğlub olmuşdu” Pənah Hüseyn: “Bütün məğlubiyyətlər hakimiyyətlərin, qələbələr xalqındır” “Biz bu 30 illik dövrdə utanmışıq, narahat olmuşuq deyənlər olsa da, vəziyyət belə olmayıb”. Musavat.com xəbər verir ki, bu sözləri TV Müsavatda “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun müəllifi olduğu “Dərin Təhli” verilişində Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib. Onun sözlərinə görə, bu dönəmdə parlament diplomatiyası çərçivəsində erməni deputatları, Avropa parlament üzvləri ilə üzbəüz gəlib, mütləq formatlarda görüşlərdə olublar: “O görüşlərdə heç zaman narahat olmamışıq, özümüzü uduzmuş kimi yaşamamışıq. Biz əmin idik ki, mütləq qalib gələcəyik. Biz xalq olaraq məğlub olmamışdıq, o dövrdəki hakimiyyət məğlub olmuşdu”. P.Hüseyn isə Ə.Hüseynliyə cavabda “bütün məğlubiyyətlər hakimiyyətlərin, qələbələr xalqındır” söyləyib: “Heç bir halda məğlubiyyətlərin mənbəyi kimi xalq qoyula bilməz. 80-ci illlərin sonu 94-cü ilə qədərki hərbi uğursuzluqlarımızda bütün hakimiyyətlərin, bugünkü hakimiyyətin də payı var. Əli müəllim toxundu, 93-cü ildə Elçibəy hakimiyyəti böyük sülh sazişinə yaxınlaşmışdı”.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics