Videonun müddəti: 6:34 Baxış: 8.6K Əlavə edilib: 2022.03. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ukrayna Əfqanıstana dönsə... - Bakı üçün Qarabağdakı yarımçıq işi tamamlamaq şansı - TƏHLİL

#Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi Kremlin boşa çıxan blitskriqi Azərbaycan və Türkiyəyə bölgədə ən optimal “yol xəritəsi” cızmağa imkan yaradır; Sərkisyanın müavini: “Qərb-Rusiya gərginliyindən bizə heç bir xeyir gəlməyəcək...” Rusiyanın Ukraynaya hərbi təcavüzünün 8-ci günüdür. Lakin prezident Vladimir Putin elan elədiyi hədəflərin heç birinə hələ ki çatmayıb. Görünən budur ki, Rusiya Ukraynada hətta böyük itkilər hesabına hərbi qələbə qazansa belə, onu siyasi qələbəyə çevirə, maddiləşdirə bilməyəcək. Həmçinin Ukraynanın 2-ci Suriyaya, hətta 2-ci (3-cü) Əfqanıstana çevriləcəyi yönündə ehtimallar ciddiləşməkdədir. Artıq Rusiyanın öz daxilində də aparılan total anti-Ukrayna rəsmi təbliğatına rəğmən, gerçəyin fərqinə varanların, situasiyanı ağıq başla qiymətləndirib narahat olanların sayı artmaqdadır. ***** Məsələ ondadır ki, Ukrayna böhranı, Putinin “Pirr qələbəsi”, görünməmiş sanksiyalar və izolyasiya rejimi Rusiyanın iqtisadi, siyasi cəhətcə taqətdən salınmasına, ardınca onun Qarabağ mövzusunda, Azərbaycan-Ermənistan mövzusunda əvvəlki inadkar mövqeyinin yumşalmasına gətirə bilər. Rusiyaya qarşı sanksiyalara qoşulmamış azsaylı strateji tərəfdaşlar olaraq Azərbaycan və Türkiyənin Moskva üçün önəminin artması da öz yerində. Bundan əlavə, gözləmək olar ki, qardaş Türkiyənin Ukrayna böhranında tutduğu ağıllı, ən əsası, ədalətli mövqe, həm Qərbi, həm də Rusiya və Ukraynanı qane edən balanslı siyasəti Ankaraya qarşı Qərbin ənənəvi ikili münasibətində də, nəhayət, pozitiv korrektələrə səbəb olacaq. Paralel surətdə “qərbçi” Ermənistanın, onun “demokratiya sammiti”nə çağırılan rəhbəri Paşinyanın Qərb düşərgəsində yer almaması da sözsüz ki, Avropa və ABŞ-da nəzərə alınacaq, İrəvanın yadına salınacaq. Bütün bunlar yekun etibarilə Bakı və Ankaranın regionda əlini bir az da gücləndirə, bölgədə daha effektli ortaq “yol xəritəsi” cızmağa imkan yarada bilər. Fransa prezidenti Emmanuel Makronun srağagün azərbaycanlı həmkarı İlham Əliyevə telefon açaraq, Ukrayna böhranını, bu ölkəyə humanitar yardım məsələsini və digər regional mövzuları müzakirə eləməsi bu mənada diqqət çəkir. Fikrimizcə, bu telefon zəngi Azərbaycan dövlətinə verilən önəmin təzahürü olmaqla yanaşı, Güney Qafqazda xeyrimizə işləyəcək yeni gəlişmələrin ilk xəbərçisidir... ***** “Bir-iki aya Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri inkişaf mərhələsinə keçəcək”. Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib (Milli.Az). “Xəbərlər dolaşır ki, Ukrayna-Rusiya müharibəsi Əfqanıstanda olduğu kimi hələ uzun müddət çəkəcək. Odur ki, digər dövlətlər öz münasibətlərini Rusiya ilə Ukrayna arasında gedən prosesə bağlaya bilməzlər. Düşünürəm ki, müəyyən müddət sonra Moskvanın Qarabağdakı proseslərə diqqəti azalacaq. Onun yerini isə ya Türkiyə götürəcək, - Ankaranın vasitəçiliyi ilə danışıqlar prosesi qaldığı yerdən davam edəcək, - ya da Azərbaycan və Ermənistan birbaşa danışıqlara gedəcək”, - deyə o qeyd edib. Politoloqa görə, Rusiya-Ukrayna savaşı üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlərə ciddi təsir göstərəcək: “Fikrimcə, bir müddət sonra üçtərəfli bəyanatda götürülən öhdəliklərin icrası istiqamətində işlər davam etdiriləcək. Bu, sonsuzluğa qədər belə saxlanıla bilməz”. ***** Bu arada Ermənistanda Ukraynadakı kritik olayların mümkün və uzaq təsirlərinin bölgəmizə yansıya bilməsindən dolayı təlaş artmaqdadır. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, eks-prezident, Xocalı hərbi canisi Serjik Sərkisyanın rəhbəri olduğu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan bu xüsusda özünün Facebook səhifəsində yazıb: “Aydındır ki, Qərb-Rusiya gərginliyindən bizə heç bir xeyir gəlməyəcək: 1. Ermənistanın xarici siyasəti üçün manevr sahəsi kəskin şəkildə azalacaq; 2. ”Artsax"da rus ordusu təhlükəsizlik zəmanəti verir, ancaq onu da qəbul etmək lazımdır ki, bu gün Ermənistan ordusu nəinki “Artsax” üçün, Ermənistan üçün də təhlükəsizlik qarantı deyil. Ona görə də Rusiyanın təhlükəsizlik zəmanətləri Ermənistana da şamil edilir; 3. Açıq-aydındır ki, Rusiyanın mövqeyi zəifləsə, o zaman Cənubi Qafqazda bəziləri düşünə bilər ki, regionda Rusiyaya qarşı “ikinci cəbhə”nin açılmasının vaxtı çatıb. Bunu ya Ərdoğan, ya da Əliyev edəcək; 4. Bu geosiyasi toqquşmada ikisi Qərbi, üçüncüsü isə Rusiyanı təmsil edən ATƏT-in Minsk Qrupunun həmsədrləri keçmişdə Qarabağ məsələsində konsensusa gəliblər. Bəs yaranmış eskalasiya fonunda bu konsensus necə olacaq, qalacaqmı?" Sonuncu sual yəqin ki, ritorikdir...
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics