Videonun müddəti: 0:50 Baxış: 13K Əlavə edilib: 2022.07.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Prezidentin köməkçisi Hikmət Hacıyevin Qazilərə jesti: Füzuli hava limanında protokol duruşunda...

Şuşada keçirilən Beynəlxalq Media Foruma gedən nümayəndə heyəti öncə Bakıdan təyyarə ilə Füzuliyə, oradan isə Zəfər yolu ilə Şuşaya yollanıblar. Nümayəndə heyətinə 150-dən çox jurnalist və KİV rəhbəri, xarici ölkələrdən gələn 20-dən çox media mütəxəssisi, o cümlədən də Şuşada döyüşmüş Xüsusi Təyinatlı Qüvvələrin 10 qazisi daxil idi. Bu görüntülər #Füzuli hava limanında #tvmusavat tərəfindən çəkilib. Hava limanında protokol duruşu və kameralar qarşısında çəkiliş zamanı maraqlı detal müşahidə olunub. Hikmət Hacıyev kənarda qalan XTQ qazilərini bir başa yanına, mərkəzə dəvət edib. Cənab Hacıyevin ətrafındakı KİV rəhbərləri də kənara çəkilərək, onlara öz yerlərini məmnunuyyətlə veriblər. Daha sonra Qaziləri avtobuslara müşayiət ediblər.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics