Videonun müddəti: 3:48 Baxış: 3.9K Əlavə edilib: 2021.12.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

NATO tribunasında! Prezident İlham Əliyev Brüsseldə də "Zəngəzur dəhlizi" dedi və israr etdi!

TV Müsavat mobil tətbiqləri artıq hər iki platformada... Canlı yayımlarımızı vaxtında izləmək üçün proqramı telefonunuza yükləyin. Veriliş başlayan zaman sizə bildiriş gələcək və daxil olub rahat izləyə, şərh yaza və paylaşa biləcəksiniz. Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #zəngəzurdəhlizi #nato #ermənistan #azərbaycan #brüssel #ilhamaliyev #pashinyan Riko Just for Europe təşkilatından sual: Mənim hər ikinizə sualım var. Cənab Əliyevlə başlayıram. Cənab Əliyev, Siz Ermənistanla əlaqələri qeyd etdiniz. Məsələlərdən biri Zəngəzur dəhlizidir. Siz həmin dəhlizdə Ermənistanın gömrük yoxlamalarını qəbul edərsinizmi? Azərbaycanın bununla bağlı fikri nədir? Bir də soruşa bilərəmmi, bu gün Siz cənab Paşinyan və cənab Mişellə görüşəcək, onlarla nahar edəcəksiniz. Siz bağlılığa dair müəyyən bəyannamə imzalamalısınız. Bu, konkret olaraq nə deməkdir? Siz Ermənistanla hansı cür bağlılıq məsələlərinin ola biləcəyini qeyd edə bilərsinizmi? Cənab Stoltenberqə sualım. Bu gün Rusiya rəsmisi raketlərə, yaxınmənzilli raketlərə moratorium barədə danışıb. Siz bunu bir növ sülh mesajı kimi görürsünüz, yoxsa düşünürsünüz ki, Rusiyanın çıxdığı saziş orta və yaxınmənzilli raketlərin ləğvinə dair sazişə geri qayıtmaq yaxşı olardı? Təşəkkür edirəm. Prezident İlham Əliyev: Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur və biz bunu bu axşam cənab Şarl Mişelin ev sahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik. Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması. Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki, Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir. Bir daha qeyd edirəm, biz hazırıq. Biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişik ki, biz düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaq istəyirik. Cənab Paşinyan və cənab Mişel ilə keçiriləcək görüş bir çox məsələlərə aydınlıq gətirəcəkdir.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics