Videonun müddəti: 0:11 Baxış: 3.7K Əlavə edilib: 2022.02.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Təcili! Qəbələnin Vəndam qəsəbəsindəki məşhur bazar belə yandı!

@Tv Musavat təqdim edir! Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 1000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. *** Qəbələnin Vəndam kəndində, bazar ərazisində güclü yanğın başlayıb. Musavat.comun Report-a istinadən məlumatına görə, yanğın 11 mağazanı bürüyüb. Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər görülür.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics